• cümə axşamı, 28 mart, 22:03
  • Baku Bakı 13°C

İki şahmatçımız Avropa birinciliyinin qalibi olub

11.08.19 12:00 5494
İki şahmatçımız Avropa birinciliyinin qalibi olub
Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə şahmatçılar arasında keçirilən Avropa birinciliyi başa çatıb.
AZƏRTACxəbər verir ki, çempionatda müxtəlif yaş kateqoriyaları üzrə iştirak edən şahmatçılarımızdan Ayan Allahverdiyeva 14, Dinarə Hüseynova 8 yaşlılar arasında ən yüksək nəticə göstərərək qitə birinciliyinin qalibi olublar. Digər təmsilçilərimiz Səadət Bəşirli (8 yaş, 7,5 xal) ikinci, Cahandar Azadəliyev (10 yaş, 7,5 xal), Yusif Kərimli (8 yaş, 7 xal) üçüncü yerləri tutublar.
Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edib. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib.

banner

Oxşar Xəbərlər