• cümə axşamı, 25 aprel, 04:10
  • Baku Bakı 19°C

İki qardaş çayda boğuldu...

12.06.14 08:15 1065
İki qardaş çayda boğuldu...
Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun rəhbəri İlkin Ağayev verib.
Onun sözlərinə görə, Lerik rayon sakinləri olan iki qardaş – 21 yaşlı Şadman və 23 yaşlı İlqar Zakir oğlu Əsgərovlar ötən gün axşam saatlarında Lənkərançayın rayonun Velədi kəndindən keçən ərazisindən keçən hissəsində çimərkən boğulub.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun dalğıclarının səyləri ilə qardaşların meyiti bu gün səhər saatlarında aşkar olunaraq aidiyyəti yerə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər