• çərşənbə, 24 Aprel, 19:36
  • Baku Bakı 23°C

İki il Azərbaycanda

24.05.17 17:13 861
İki il Azərbaycanda
Meksika səfiri Rodrigo Labardini Azərbaycandakı fəaliyyətinin ikinci ildönümünü qeyd edir. Diplomat, bu diplomatik nümayəndəliyin açılmasından 8 ay sonra Meksikanın Azərbaycandakı ilk səfiri kimi işə başlamışdır.
Səfirlik başçısının gəlişi ilə çoxsaylı sahələrdə keçirilən tədbirlər proqramı fəallaşdı. Mədəni tədbirlərin müxtəlifliyi Azərbaycan publikasına Meksika mədəniyyətinin xüsusiyyətləri ilə tanış olmağa imkan yaratdı. Bu dövr ərzində baş tutan ikitərəfli səfər və görüşlər sayəsində siyasi, iqtisadi və ticari əlaqələr inkişaf etmişdir.
Ələxsus, hər iki ölkənin Səfirliklərinin açılması ikitərəfli ticarət artımını stimullaşdırdı. 2014-2015-ci illər ərzində ticarət, üç qat artaraq, 22 milyon dollardan artıq təşkil etmişdir. Oxşar rəqəmlər 2016-ci ilə də aiddir. Bu artım ticarətin yeni orta göstəricisini əks etdirir. Hazırkı rəqəmlər, hələ ki, ölkələr arasında mövcud potensiala cavab vermir. Eyni şəkildə, ikitərəfli turizm sektorunda da üç qat artım müşahidə olunur.
Azərbaycan publikasının maraq göstərdiyi sahələrdən biri də Meksika mədəniyyəti və mətbəxidir. Ənənəvi Meksika mətbəxi YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsi kimi tanınır. Bu mədəni ifadə yalnız dadları və ənənələri deyil, eyni zamanda, həyat tərzləri, təbiət və bolüşmək formalarını da təqdim edir. Bu xüsusda, 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə gələn qonaqların Meksika pavilyonuna göstərdikləri marağı yada salmaq olar. Pavilyonda Meksika istehsalı olan 16 kateqoriyalı məhsullar təqdim olunmuşdur, onların arasında üyüdülmüş çili bibəri, çili bibəri tərkibli şirniyyatlar, meyvələr, içkilər, noxud və lobya kimi dənli bitkilər, həmçinin, pivə, tekila və mezkal.
Adıçəkilən dövr ərzində Meksikanın müxtəlif ənənəvi və müasir filmləri təqdim olundu, onlardan bəziləri Azərbaycan dilinə tərcümə edilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Meksika rəssamlıq nümunələri yalnız Bakıda deyil, eyni zamanda, Azərbaycanın digər şəhərlərində nümayiş olunmuşdur. Belə ki, 2016-ci ildə səyyar rəssamlıq sərgisi Gəncə, Mingəçevir, Qəbələ və Şamaxı şəhərlərində keçirilmişdir. Hal-hazırda isə, meksikalı heykəltəraş Xorxe Marinin əsərləri Heydər Əliyev Mərkəzində publika üçün nümayiş olunur. Sərgi 2016—ci ilin oktyabr ayında açılmış və hazırkı ilin avqust ayının sonlarınadək uzadılmışdır.
Səfirlik, bundan sonra da, Meksika ilə Azərbaycan arasında dostluğu inkişaf etdirərək ikitərəfli münasibətlərin fəal təşviqini həyata keçirəcək.



banner

Oxşar Xəbərlər