• şənbə, 27 Aprel, 01:58
  • Baku Bakı 14°C

İki gündə yol qəzalarında 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb

10.12.18 10:45 532
İki gündə yol qəzalarında 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb
Ötən iki gün ərzindədaxili işlər orqanlarındaqeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 8 və 9-da ölkədə184cinayət faktı qeydə alınıb, onların da22-si "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan9cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə29nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə1nəfər, borclu şəxs qismində axtarışda olan12nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında12yol-nəqliyyat hadisəsi baş verib, nəticədə4nəfər ölüb,21nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli7, qanunsuz saxlanılan silah-sursatla bağlı1fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən33nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər