• cümə axşamı, 25 aprel, 04:16
  • Baku Bakı 19°C

İki güləşçimiz dünya çempionatının finalına yüksəlib

24.09.16 18:38 1194
İki güləşçimiz dünya çempionatının finalına yüksəlib
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Yunan-Roma güləş növü üzrə turnirin ikinci günündə üç təmsilçimiz - Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) mübarizə aparıb.

O.Ələkbərov rəqibinə cüzi xal fərqi ilə məğlub olaraq çempionatda iştirakını dayandırıb.İ.Abbasov isə rəqiblərinə qalib gələrək finala yüksəlib. Birinci yer uğrunda mübarizədə İ.Abbasovun rəqibi Rusiya nümayəndəsi YevgeniSaleyev olacaq.

Digər güləşçimiz R.Hüseynov da finala vəsiqə uğrunda ardıcıl olaraq yunanıstanlı, makedoniyalı və ukraynalı rəqiblərini məğlub edib. Qızıl medal uğrunda mübarizədə o, almaniyalı güləşçi Paskal Eisel ilə qarşılaşacaq.

Qeyd edək ki, final görüşləri axşam saatlarında keçiriləcək.
banner

Oxşar Xəbərlər