• şənbə, 20 Aprel, 01:31
  • Baku Bakı 15°C

İƏT: Azərbaycanla həmrəyik, Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır

22.10.20 17:14 520
İƏT: Azərbaycanla həmrəyik, Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.
APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, İƏT Azərbaycanla həmrəydir.
TəşkilatErmənistanı Azərbaycanın mülki əhalisinə qarşı hücumları dərhal dayandırmağa çağırıb, Ermənistan ordusunun mülki əhalini atəşə tutması beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.
İƏT-in və BMT TŞ-nin qətnamələri xatırladılaraq Ermənistandan öz hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması tələb olunub.
banner

Oxşar Xəbərlər