• cümə, 29 Mart, 14:43
  • Baku Bakı 14°C

İctimai Teleradionun Direktorlar Şurasında dəyişiklik edildi - SİYAHI

08.05.13 09:37 1701
İctimai Teleradionun Direktorlar Şurasında dəyişiklik edildi - SİYAHI
Xatırladaq ki, Cəmil Quliyevin təyinatı ilə Oqtay Bayramov və Əli Abbas Quliyev baş direktorun müavinləri, Fuad Vəlixanov Koordinasiya və Proqram Direktorluğunun, Azad İbrahimov beynəlxalq əlaqələr və hüquq departamentinin direktoru təyin ediliblər.
Modern.az saytının məlumatına görə, “İctimai Televiziya və Radio Yayımı haqqında” qanununa əsasən, baş direktor İTV-nin yayım xidmətlərinin rəhbərlərindən ibarət Direktorlar Şurası yaradır.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradıcılıq, texniki, təsərrüfat və digər mühüm məsələləri Direktorlar Şurası tərəfindən müzakirə olunur.
Modern.az saytının İTV-yə istinadən verdiyi məlumata görə, son təyinatlardan sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Direktorlar Şurası aşağıdakı kadrlardan formalaşıb.
İTV-nin baş direktoru Cəmil Quliyev;
Baş direktorunun televiziya üzrə müavini Çingiz Aslanov;
Baş direktor müavini Oqtay Bayramov;
Baş direktor müavini Əli Abbas Quliyev;
Koordinasiya və Proqram Direktorluğunun direktoru Fuad Vəlixanov;
Musiqi və əyləncəli verilişlər departamentinin direktoru Natiq Abdullayev;
Analitik Proqramlar departamentinin direktoru Anar Yusifoğlu;
Gənclər, elm və təhsil verilişləri departamentinin direktoru Cəsarət Valehov;
Carçıfilm yaradıcılıq birliyinin direktoru Qərənfil Xəlilova;
İnformasiya departamentinin direktoru İlham Sərxanlı;
Maliyyə və marketinq departamentinin direktoru Şəfəq Nəcəfova;
Səhər Proqramları departamentinin rəhbəri Səidə Musabəyli;
Kino və dublyaj departamentinin direktoru Füzuli İsmayılov;
Ədəbiyyat və İncəsənət departamentinin direktoru İmir Məmmədov;
Maarifçilik departamentinin direktoru Mehman Bağırov;
Musiqi və əyləncəli verilişlər departamentinin direktoru Sevil Ələkbərova;
Anons şöbəsinin rəisi Vəsilə Zeynalova;
Operatorlar şöbəsinin rəis müavini Kamran Mehdiyev.
banner

Oxşar Xəbərlər