AZE | RUS | ENG |

İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... nə etməli?

İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... nə etməli?
Valideyni tərəfindən azyaşlının ayağından zəncirlənməsi barədə fakt ictimailəşməmişdən bir gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinə daxil olub. Sosial şəbəkə vasitəsilə faktı ötürən şəxs anonimliyini xahiş edərək rastlaşdığı hüquqazidd əməl barədə polisi məlumatlandırmaqla vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, faktın təsdiqini tapması, kütləvi informasiya vasitələrinin məsələyə həssas münasibəti ətrafımızda rastlaşdığımız hüquqazidd əməllər barədə polisin məlumatlandırılmasının cəmiyyətimizdə sosial-neqativ hallara qarşı mübarizənin yaxşılaşmasına xidmət etdiyini göstərir.
Sosial şəbəkələrdə və digər ictimai yerlərdə "Polis bilir”, "Polis məlumatlıdır”, "Polisin işidir, mənə nə...?”, "Polis görmür?”, - deyə səsləndirilən fikirlərlə müzakirə olunan hüquqazidd əməllər əhəmiyyətinə və mənəvi yükünə görə ictimai məsuliyyətsizlikdir, yaxud səhlənkarlıqdır.
Paytaxtımızda ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı qorunması və təminatı hər birimizin üzərinə düşür.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967