AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər - Video

İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər - Video

Təfsilat
23 May 2020, 14:45 201
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan "Metodiki göstərişlər”lə bağlı daha yaxından tanış olması üçün TƏBİB və Baku Media Center animasiya şəklində videoçarxlar hazırlayıb.

TƏBİB-dən verilən məlumata görə, bu videoçarxlardan biri də "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında hazırlanmış videoçarxdır. 

Videoçarxda bildirilir ki, çox sadə gigiyenik qaydalara riayət etməklə, özümüzü və sevdiklərimizin sağlamlığını qoruya bilərik.