cümə, 12 Avqust, 07:30

Baku Bakı 22°C

İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb

icon 200 icon 15 iyun 2022 | 14:00 İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb

İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Nizami və Binəqədi rayonları ərazisində marşrut avtobuslarında 3 qadının mobil telefonlarını ciblərindən oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər də oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Cəlil Səmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.