• çərşənbə axşamı, 16 aprel, 15:30
  • Baku Bakı 19°C

İctimai iaşə dövriyyəsi 3,5 faiz artıb

23.03.19 07:34 617
İctimai iaşə dövriyyəsi 3,5 faiz artıb
Yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq 202,3 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 80,9 milyon manat olub.
banner

Oxşar Xəbərlər