• cümə axşamı, 28 mart, 13:21
  • Baku Bakı 16°C

İcra başçısının bacısı oğlunun vəkili medianın məhkəmədə iştirakına etiraz edib

01.03.21 18:30 809
İcra başçısının bacısı oğlunun vəkili medianın məhkəmədə iştirakına etiraz edib
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron Rayon İcra Hakimiyyətinin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov və onlarla birlikdə ittiham olunan Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Novruz Əliyev, Babək Alıyev və Tural Ağammədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Kaspi.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Təqsirləndiriləndən Babək Alıyevin (İradə Gülmmədovanın bacısı oğlu) vəkili Eynulla Vəliyev bu cinayət işi ilə bağlı mediada yazılanlara etiraz edib. Vəkil iddia edib ki, media bu cinayət işinə başqa məqsədlərlə yanaşır. O, jurnalistlərin prosesdə iştirakına etiraz edib.
Hakim isə bildirib ki, məhkəmə iclası açıq keçirilir: "Jurnalistlər də prosesi işıqlandıran zaman qanunvericiliyin tələblərinə riayət etməlidirlər".
Daha sonra prokuror ittiham aktını elan etməyə başlayıb.
İttiham aktının həcmi böyük olduğundan prokuror ittiham aktının oxuyub bitirə bilməyib. Proses martın 15-ə təxirə salınıb. (APA)
Qeyd edək ki, adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.
Keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə İcra Hakimiyyətinin baş memarı Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib və Murad Əhmədov vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində alıb. Adı çəkilən şəxslərin digər cinayət əməlləri də ortaya çıxıb.
Məlumata görə, qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.
Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.
Onu da qeyd edək ki, təqsirləndirilənlərdən Babək Alıyev Abşeron icra Hakimiyyətin başçısı İradə Gülməmmədovanın bacısı oğludur. O, İcra Hakimiyyətində mütəxəssis kimi çalışıb.
banner

Oxşar Xəbərlər