• cümə, 29 Mart, 01:30
  • Baku Bakı 7°C

İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq

21.05.19 14:00 706
İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq
İyunun 7-də "Art Tover” rəsm qalereyasında gənc rəssam Aytən Abdullayevanın "Stokholm- sütunlar üzərində ada” adlı rəsm sərgisi açılacaq.
AZƏRTACxəbər verir ki, sərgi İsveçin ölkəmizdəki səfirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.
İsveçin Bakıdakı səfirliyinin dəstəyi ilə rəssam bu gözəl şəhəri – Stokholumu ziyarət etməklə öz təəssürat və hisslər qammasını rəsmlərində əks etdirmək şansı əldə edib. Stokholma səfər etmək və bu şəhərin bütün harmoniyasını kağıza köçürmək rəssam üçün çətin, lakin olduqca maraqlı olub. Sərgidə rəssamın 30-dən çox sənət əsəri yer alacaq. İyunun 12-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.
banner

Oxşar Xəbərlər