• çərşənbə, 24 Aprel, 14:23
  • Baku Bakı 27°C

İçdən gələn sevgi seli: 60-nız mübarək, Cənab!

24.12.21 12:02 363
İçdən gələn sevgi seli: 60-nız mübarək, Cənab!
Azərbaycan siyasi tarixində çox az adama nəsib olub adi ümumi isimlər onların adı ilə xüsusiləşsin. "Bəy" sözünün titul və xitab mənasının tarixi nə qədərdir? "Cənab" hansı əsrdən xitab olmaq hüququ qazanıb? İlk dəfə "lider" terminini kim gətirib dilimizə? İlk dəfə "şah" titulu kimə ünvan olub? Xatırlanması çətindir, bəlkə də mümkünsüz..
Amma azərbaycanlılar eyhamsız da anlayırlar ki:
- "Şah" titulu xüsusiləşdirilirsə, demək, söhbət İsmayıl Səfəvidən gedir;
- "Öndər" xüsusiləşdirilirsə, söhbət Məhəmməd Əmindən gedir;
- "Bəy " xüsusləşdirilirsə, söhbət Əbülfəz Elçibəydən gedir;
- "Lider " titulu "ümummilli" epiteti ilə təqdim olunursa, söhbət Heydər Əliyevdən gedir;
...Və "Cənab" xüsusi vurğu ilə deyilib, ilk hərfi iri yazılrsa, söhbət İlham Əliyevdən gedir.
2020-ci ilin sentyabrın 27-dək bu vurğu rəsmilərin qeyri-rəsmi danışıqlarının etiket norması idi, o gündənsə elitasından sıravisinədək əksər azərbaycanlıların sevgi duyğuları yüklədikləri xüsusi siyasi semantika daşıyır.
Dünəndən FB lentimdə qarşıma çıxan təbrikləri birər-birər nəzərdən keçirirəm. Bunlar protokol xatirinə yazılan təbriklər deyil, içdən gələn sevgi selidir. Təbrik yazanlar arasında hətta 2018 seçkilərində də onu qəbul etməyənlər var. Amma o rəyləri dəyişdi, dıyişməyi bacardı, keçmiş opponentlırini də onu etiraf etməyə məbur qalacaq işlərə imza atdı.
Bu el sevgisini - ümumxalq məhəbbətini qazanmış barmaqla sayılacaq siyasətçilərimizdəndir Cənab.
İkinci Qarabağ savaşı günlərində bir cənubi azərbaycanlının televiziyada onun müjdə çııxşlarına qulaq asarkən ekrana üzərrik gəzdirməsi görüntülərini xatırlayarsızmı?
İzlədiyim şimali qafqazlı bir siyasi fəalın o günlər yazdığı "Ərdoğandan sonra bizim yeni lider doğuldu" təsbitini qürurla oxumuşdum. Azərbaycan haqda, Cənab haqda o günlər tatar, qaraçay, kumik fəallarının paylaşımları qürurverici idi.
Belə ümumazəri, umumtürk, ümumqafqaz sevgisini qazana bilmiş dövlət xadimidir Cənab.
... Azərbaycanlılar bir kişi ömrünün uğurunu anlatmaq üçün "ev tikib yurd saldı, ağac əkdi, oğul böyütdü" deyirlər.
Cənab bu qiymətləndirmədəki hər üç meyara tən gələn bir kişi və dövlət başçısı ömrü yaşayır:
- Ekologiya ilə bağlı dediklırini xatırlayırsız yəqin. Bakıdan neft çıxaranların ətraf mühitin qayğısına qalmadan sərvətlərimizi vəhşicəsinə istismar edilməsindən hər dəfə danışanda indi ölkə boyu, xüsusən Bakıda yaşıllaşdırma, təbiətin, iqlimin sağlamlaşdırılması üçün görülən işləri də sadalayır. Amma bu iş bitmədi, hələ davamına ehtiyac var...
- Qarabağın azad olunmasında bütün nəsillərin rolu var, amma əsas işi Cənabın hakimiyyəti dövründə yetişmiş vətənpərvər gənclər gördü. "Ermənilərin əsas ümidi ona idi ki,.. başqa mühitdə böyüyən gənclər bir daha bura qayıtmaq istəməyəcəklər... Bu, onların səhvi idi. Çünki biz qəlbində Vətən sevgisi olan bir nəsil yetişdirdik", - deyir Cənab. Bir oğul deyil, Vətən çəpəri olan minlərlə sal oğullar böyütdü Cənabın siyasəti. Hələ qarşıda o oğulların görəcəyi yarımçıq qalmış işlər də var. Hələ o oğulların sıraları ildən-ilə sıxlaşacaq.
- Evlər tikilir, yurd salınır. Bütün Azərbaycanın siması dəyişib. Yenə dəyişəcək, geri aldığımız yurdlarda salınacaq, inşa ediləcək yüzlərlə binə, oba, məskən, şəhərimiz bizi gözləyir.
O işləri başa çatdıracaq qədər qüdrəti, səhhəti, el sevgisini Tanrı sizdən əsirgəməsin Cənab. 60-nız mübarək!!
Cəmaləddin Quliyev
banner

Oxşar Xəbərlər