• cümə, 29 Mart, 19:25
  • Baku Bakı 14°C

ICCROM: “İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vaxt aparacaq”

20.05.22 14:15 579
ICCROM: “İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vaxt aparacaq”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi vaxt aparacaq”.

“Report” xəbər verir ki, bunu Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru Uebber Ndoro deyib. O, minalardan təmizlənmə üzrə proqramın hazırlanmasının zəruri olduğunu vurğulayıb.

“Mən Afrikadanam. Orada da eyni problemlər, çoxlu minalar var. Minatəmizlənməsi prosesi üçün vaxt lazımdır”, -U. Ndoro bildirib. ICCROM-in Baş direktorunun sözlərinə görə minatəmizlənməsi prosesinin başa çatması insanların bu ərazilərə qayıtmasını xeyli asanlaşdıracaq.

banner

Oxşar Xəbərlər