• cümə, 26 Aprel, 07:54
  • Baku Bakı 12°C

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müxtəlif təşkilatlarda çalışan əməkdaşlar üçün təlimlər təşkil edir

06.09.21 19:01 304
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müxtəlif təşkilatlarda çalışan əməkdaşlar üçün təlimlər təşkil edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müxtəlif təşkilatlarda çalışan əməkdaşlar üçün icbari tibi sığorta sahəsində maarifləndirmə işini həyata keçirmək məqsədilə təlimlər təşkil edir.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindənAZƏRTAC-a verilən məlumata görə, təlimləri agentliyin ekspertləri keçir.
İcbari tibbi sığorta mövzusunda məlumatlılığını artırmaq istəyən müxtəlif təşkilat nümayəndələri təlimlərin təşkili üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilərlər.
Təlim mövzularına icbari tibbi sığorta haqqında ümumi məlumat, icbari tibbi sığorta haqları, xidmətlər zərfində yer alan tibbi xidmətlər, icbari tibbi sığorta çərçivəsində göndərişlərin verilməsi, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilmə qaydası və s. daxildir.
Təlimlərdə iştirak etmək istəyənlər müraciətlə[email protected]ünvanına göndərə bilərlər.
banner

Oxşar Xəbərlər