• cümə axşamı, 28 mart, 12:45
  • Baku Bakı 16°C

İbraya “yox” deyən yeganə adam odur?

14.11.18 12:15 711
İbraya “yox” deyən yeganə adam odur?
Qalmaqallı fransız hakim Toni Şapron mətbuata açıqlama verib.
Kaspi.az xəbər verir ki, Şarpon "Nant”ın futbolçusuna zərbə vurub onu meydandan qovduğu üçün hakimlikdən uzaqlaşdırılıb. O, Zlatan İbrahimoviçlə aralarında olan söhbəti belə nəql edib:
"Loryan”la oyundan sonra (İbra həmin qarşılaşmada het-trik edib) Zlatan mənə yaxınlaşaraq əli ilə işarə edib dedi: "Topu ver”. Mən 4 qız atasıyam. Nə vaxt ki onlar mənə nəsə deyib sözlərini "sağ ol” kəlməsi ilə bitirmirlərsə, onlara fikir vermirəm. Bu, tərbiyə metodudur.
Hesab edirəm ki, İbrahimoviç həmin vaxt mənə qarşı hörmətsizlik etdi. Əgər biz "zəhmət olmasa”, "sağ olun” kəlmələrini işlətmiriksə, deməli, cəmiyyətimizdə hansısa problemlər var.
İbrahimoviçə heç kim heç vaxt "yox” demir. Ancaq mən dedim. Bəlkə də, Zlatana "yox” deyən yeganə adamam. O, nəinki hakimləri, hamını qıcıqlandırır, hətta komanda yoldaşlarını da ittiham edirdi. Ancaq bu oğlanın əla futbolçu olduğunu da etiraf etməmək olmaz”.
banner

Oxşar Xəbərlər