AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır

I sinfə şagird qəbulu müvəqqəti dayandırılır

Təfsilat
08 May 2021, 16:45 716
Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq.
Təhsil Nazirliyindən Kaspi.az-a verilən məlumata görə, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq.
Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.