• cümə axşamı, 18 aprel, 16:27
  • Baku Bakı 22°C

I sinfə elektron şagird qəbulunun əhatə dairəsi genişləndirilib

05.02.18 18:17 989
I sinfə elektron şagird qəbulunun əhatə dairəsi genişləndirilib
Azərbaycanda2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə əmr imzalanıb.

APA-nın xəbərinə görə, təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramovun imzaladığı əmrə əsasən Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə dəTəhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.

I sinfə elektron ərizə qəbulu prosesinin səmərəli və əlaqələndirilmiş şəkildə aparılmasını təmin etmək məqsədilə aşağıdakı heyətdə İşçi Qrup yaradılıb:

İlqar Mahmudov – Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri, sədr;
Cəsarət Valehov – İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, üzv;
Orxan Abasov – Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini, üzv;
Yaşar Zeynalov – İnformasiya şöbəsinin Dəftərxana sektorunun böyük məsləhətçisi, üzv
Məhəbbət Vəliyeva – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, üzv;
Zakir Hüseynov – Gəncə Şəhər Təhsil İdarəsinin müdiri, üzv;
Nizami Namazov – Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, üzv;
Nazilə Məmmədova – Abşeron Rayon Təhsil Şöbəsinin müdiri, üzv.

I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı şəhəri vəTəhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2018-ci il fevralın 22-dən, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-dən başlanacaq.
banner

Oxşar Xəbərlər