• çərşənbə axşamı, 16 aprel, 21:39
  • Baku Bakı 18°C

I Avropa Oyunlarının məşəli Qusarda və Qubada

01.06.15 14:25 2075
I Avropa Oyunlarının məşəli Qusarda və Qubada
Bu gün I Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Qusar rayonuna gətirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yarışın simvolu Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Oyunların rəmzi qapısında qarşılanıb.
Məşəl kikboksinq və universal döyüş üzrə Azərbaycan çempionu Elşən Şükürov tərəfindən qəbul olunduqdan sonra estafetə start verilib. Ardınca 10 məşəlçi rəmzi bir-birinə ötürərək, Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrini keçməklə şəhərin mərkəzi meydanına gətiriblər.
Taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov general Mahmud Əbilovun adını daşıyan bu meydanda quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Qusardan sonra Avropa Oyunlarının məşəli Quba rayonuna yola salınıb. Burada qarşılanma mərasimi ilə yanaşı, möhtəşəm Alov festivalı da keçiriləcək.
banner

Oxşar Xəbərlər