• şənbə, 20 Aprel, 20:15
  • Baku Bakı 24°C

Hüseynbala Mirələmov YAP-dan xaric edildi

23.04.21 16:15 558
Hüseynbala Mirələmov YAP-dan xaric edildi
Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP sıralarından xaric edilib.
Kaspi.az-ın məlumatına görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.
banner

Oxşar Xəbərlər