• şənbə, 27 Aprel, 00:22
  • Baku Bakı 14°C

Hulusi Akar: "Niyyətimiz Ermənistanın səhv addım atmamasıdır"

15.09.21 16:03 246
Hulusi Akar: "Niyyətimiz Ermənistanın səhv addım atmamasıdır"
Bizim niyyətimiz Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir səhv addım atmaması, bölgədə atəşkəsin qalıcı olması və sabitliyin təmin olunmasıdır.
Kaspi.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada "TurAz Şahini 2021" birgə təlimləri çərçivəsində brifinq zamanı deyib.
O bildirib ki, Ermənistana təklif olunan sülhün qəbul edilməsi çox vacibdir:"Təəssüf ki, bu günə qədər tam cavab alınmayıb. Amma bununla bağlı bəzi işarələr var. Bizim məqsədimiz tərəflərin sülh, əmin-amanlıq, təhlükəsizlik və rifah şəraitində yaşamasıdır. Bizim niyyətimiz isə Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir səhv addım atmaması, bölgədə atəşkəsin qalıcı olması və sabitliyin təmin olunmasıdır". (Trend)
banner

Oxşar Xəbərlər