AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyə Azərbaycan biznesinə investisiya qoyuluşunu genişləndirəcək

Türkiyə Azərbaycan biznesinə investisiya qoyuluşunu genişləndirəcək

İqtisadiyyat
28 Oktyabr 2021, 11:25 141

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönməz arasında görüş keçirilib.

Kaspi.az-ın KOBİA-ya istinadən verdiyi məlumata görə, görüşdə Agentliyin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB) ilə əlaqələrin genişləndirilməsinə və birgə təşəbbüslərin reallaşdırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

Həmçinin , sammit çərçivəsində O. Məmmədov Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu ilə görüşüb.

B. Dağlıoğlu sammitin Azərbaycana birbaşa xarici investisiyaların cəlb olunması, ölkənin əlverişli biznes mühiti barədə investorların məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.

O. Məmmədov qurumlar arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirib.

Görüşdə 2020-ci ilin dekabrında KOBİA və İnvestisiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq istiqamətlərinə, eləcə də Azərbaycan biznesinə investisiya qoyuluşunun genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.