• cümə, 19 Aprel, 14:52
  • Baku Bakı 25°C

Hollandiyada evsizlərin sayı son 10 ildə iki dəfə artıb

23.08.19 21:00 5649
Hollandiyada evsizlərin sayı son 10 ildə iki dəfə artıb
Hollandiyada evsizlərin sayı son 10 ildə iki dəfə artıb.
AZƏRTACxarici KİV-ə istinadla xəbər verir ki, Hollandiya Statistika İdarəsinin araşdırmasına görə, 2009-cu ildə 18-65 yaş arasında olan evsiz insanların sayı 2009-cu ildə 17800 idisə, 2018-ci ildə bu rəqəm 39300-ə çatıb. Onlardan 57 faizi miqrant əsillidir. Şərq ölkələrindən olan miqrantların sayı isə 3 dəfə artaraq 6500-dən 18300-ə çatıb. Onların 16 faizini qadınlar təşkil edir. 18-30 yaş arası evsizlərin sayı isə 4 mindən 12600-ə qədər artıb. Evsizlərin 37 faizi Amsterdam, Rotterdam, Lahey və Utrext kimi böyük şəhərlərdə yaşayır. Ölkədə gizli yaşayan evsizlərin sayı isə siyahıya daxil edilməyib.
banner

Oxşar Xəbərlər