• cümə axşamı, 25 aprel, 15:02
  • Baku Bakı 23°C

Hizer Noyert: “ABŞ İranla əldə olunan nüvə razılaşmasından imtina etmir”

14.10.17 13:45 1523
Hizer Noyert: “ABŞ İranla əldə olunan nüvə razılaşmasından imtina etmir”
ABŞ İranla əldə olunan nüvə razılaşmasından imtina etmir.
APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert özünün "Tvitter” səhifəsində yazıb.
"Televiziya manşetlərinə aldanmayın. Biz İranla əldə olunan nüvə razılaşmasından imtina etmirik. İranın terror fəaliyyətini qiymətləndirmək üçün yanaşmamızı genişləndiririk və s.”, H.Noyert yazıb.
Oktyabrın 13-də prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də planBMTTəhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.
banner

Oxşar Xəbərlər