• cümə axşamı, 28 mart, 16:46
  • Baku Bakı 16°C

“Hizbullah” lideri İŞİD silahlılarının Suriyaya köçürülməsini Bəşər Əsədlə müzakirə edib

01.09.17 09:10 691
“Hizbullah” lideri İŞİD silahlılarının Suriyaya köçürülməsini Bəşər Əsədlə müzakirə edib
Livanın "Hizbullah” hərəkatının lideri Həsən Nəsrulla Dəməşqdə İŞİD silahlılarının LivandanSuriyaərazisinə köçürülməsi məsələsiniSuriyaprezidenti Bəşər Əsədlə müzakirə edib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əldə edilən razılaşmaya əsasən, İŞİD silahlıları ailə üzvləri ilə birlikdə Livan ərazisindən çıxarılaraq Suriyanın Əbu Kamal şəhərinə köçürülüb. Bunun müqabilində İŞİD Livan tərəfinə 8 hərbçinin meyitini qaytarıb. Ümumilikdə Livandan Suriyaya 670 nəfər çıxarılıb, onlardan 308 nəfərin İŞİD silahlısı olduğu bildirilir.
"Mən prezident Bəşər Əsədlə görüşdüm və girov götürülmüş hərbçilər barədə məlumat əldə etmək məqsədilə ondan İŞİD silahlılarının LivandanSuriyaərazisinə köçürülməsini təmin etməyi xahiş etdim.Suriyakomandanlığı Livan naminə bu təkliflə razılaşdı”, - deyə H.Nəsrulla "Əl Manar” telekanalına müsahibəsində bildirib.
banner

Oxşar Xəbərlər