• cümə, 26 Aprel, 20:19
  • Baku Bakı 22°C

Hindistanda parlament seçkilərinin ikinci mərhələsi başlayıb

18.04.19 11:15 379
Hindistanda parlament seçkilərinin ikinci mərhələsi başlayıb
Hindistanın 11 ştatı və bir müttəfiq ərazisində yerli vaxtla saat 07:00-da parlament seçkilərinin ikinci mərhələsi başlayıb.
Trend-in məlumatına görə, səsvermə 95 seçki dairəsində keçiriləcək. Seçkilərdə 1629 namizəd iştirak edir.
Dairələrin əksəriyyətində səsvermə yerli vaxtla saat 18:00-da bitəcək.
Səsvermədə təxminən 160 milyon seçici iştirak edə bilər.
Bildirilir ki, seçkilər 7 mərhələdən ibarətdir: 11 aprel, 18 aprel, 23 aprel, 29 aprel, 6 may, 12 may və 19 may tarixlərində.
Səslərin hesablanması mayın 23-nə qədər bitməlidir.
banner

Oxşar Xəbərlər