• cümə axşamı, 18 aprel, 10:37
  • Baku Bakı 12°C

Hindistanda havanın çirkliliyi insan ömrünü 4 il azaldır

21.11.18 10:45 312
Hindistanda havanın çirkliliyi insan ömrünü 4 il azaldır
Hindistanda havanın çirkliliyi insan ömrünü orta hesabla 4 ildən çox azaldır.
AZƏRTACHindistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə faktlar Çikaqo Universitetinin Enerji Siyasəti Institutun araşdırmasında əksini tapıb. Bildirilir ki, havanın çirkliliyinə görə dünyada ikinci yerdə olan Hindistanda bu istiqamətdə vəziyyət ötən əsrin 90-cı illərindən başlayaraq daha da pisləşməyə başlayıb. Son iki ildə isə havanın çirkliliyi daha da çoxalıb. Çikaqo Universitetinin tədqiqatçıları güman edirlər ki, əgər Hindistanda havanın təmizliyi Dünya Səhiyyə Təşkilatının (DST) normalarına uyğun olarsa, ölkədə orta ömür həddi 4,3 il çox olar.
Araşdırmada Çində və Hindistanın bəzi yerlərində havanın çirkliliyinin insan ömrünün 6 ilə qədər qısalmasına səbəb olduğu göstərilir. Diqqət çəkən başqa bir məqam odur ki, dünya əhalisinin 75 faizi (5,5 milyard nəfər) havanın çirkliliyinin DST-nin müəyyən etdiyi normadan daha çox olduğu ərazilərdə yaşayır.
Havanın çirkliliyi dünya üzrə orta ömür həddinin 1,8 il azalmasına səbəb olur ki, bu da insan sağlamlığı üçün qlobal təhdiddir. Hindistan və Çin dünya üzrə ümumi hava çirkliliyinin 36 faizini "təmin edir”.
banner

Oxşar Xəbərlər