• cümə axşamı, 18 aprel, 23:53
  • Baku Bakı 21°C

Hindistanda 282 nəfər sel və daşqınların qurbanı olub

15.08.19 13:15 2654
Hindistanda 282 nəfər sel və daşqınların qurbanı olub
Hindistanın Kerala, Karnataka, Maharaştra, Qucarat və Madha Pradeş əyalətlərində şiddətli yağışlar səbəbindən yaranan sel və daşqınlarda 282 nəfər ölüb.
AZƏRTACxarici KİV-ə istinadla xəbər verir ki, Kerala əyalətində 102 nəfər həyatını itirib, 29 nəfər isə itkin düşüb. Karnatakada 61 insan həlak olub. Maharaştrada 49, Qucaratda 31 və Madha Pradeşdə 39 nəfər təbii fəlakətin qurbanı olub. Bildirilir ki, Keralada ötən həftə 90-a yaxın torpaq sürüşməsi də baş verib. Şiddətli yağışlar bu əyalətdə hələ iki gün də sürüşmələrə səbəb olacaq.

banner

Oxşar Xəbərlər