• cümə axşamı, 25 aprel, 21:27
  • Baku Bakı 21°C

Hindistan Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

26.05.21 12:20 361
Hindistan Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
APAxəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Hindistan ilə Azərbaycan arasında qədim dostluq əlaqələri mövcuddur. İkitərəfli münasibətlərimizin gələcək illərdə daha da güclənəcəyinə və şaxələnəcəyinə əminəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
banner

Oxşar Xəbərlər