• cümə, 19 Aprel, 14:49
  • Baku Bakı 25°C

Hindistan elektron siqaretlərə rəsmən müharibə elan edib

24.09.19 09:45 458
Hindistan elektron siqaretlərə rəsmən müharibə elan edib
Hindistan hökuməti respirator xəstəliklərin inkişafının qarşısını almaq məqsədi ilə bu xəstəlikləri inkişaf etdirən elektron siqaretlərin satışını tam qadağan edib.AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, qadağa elektron siqaretlərin istehsalına, idxalına və reklamına şamil olunub. Amma siqaretçəkmənin özü qadağan edilməyib.
Hindistanlı məmurlar elektron siqaretlərdən istifadə nəticəsində ağciyərdə təhlükəli xəstəliklərin inkişafı barədə məlumatlar Birləşmiş Ştatlarda yayılandan sonra bu cür addımlar atmaq qərarına gəliblər. Viskonsinli tibb işçiləri bildiriblər ki, veypdən istifadə nəticəsində ağciyərləri xəsarət almış minimum 12 adam xəstəxanalıq olub.
Həkimlər ilk belə halla iyulda rastlaşıblar. Daha sonra yardıma ehtiyacı olan insanların sayı artmağa başlayıb. Onların çoxu 40 yaşından cavan olub.
Hələlik veyplə birbaşa əlaqədar 12 xəstəxanaya yerləşdirmə faktı təsdiq edilib. Həkimlərin sözlərinə görə, insanlar çox vaxt veypdoldurma üçün mayeni şübhəli mağazalardan aldıqdan sonra xəstəxanalıq olublar. Zərərçəkənlərdən birini süni koma vəziyyətinə salmaq lazım gəlib.
banner

Oxşar Xəbərlər