• cümə, 29 Mart, 01:44
  • Baku Bakı 7°C

Hikmət Məmmədov: “Rəsmi Vaşinqtonun bu təklifi məqbuldur”

18.04.19 16:48 855
Hikmət Məmmədov: “Rəsmi Vaşinqtonun bu təklifi məqbuldur”
"Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda yeni bir dinamizm yaranıb”. Bu fikirləri Kaspi.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi.

Onun sözlərinə görə, bu məhz Azərbaycanın həyata keçirdiyi kompleks diplomatik həmlələrdən və Vyanada baş tutan görüşdən sonra özünü göstərməyə başlayıbdır: "Biz bilirik ki, ATƏT-in Minsk qrupunun üç həmsədri var və o həmsədrlərdən biri Rusiyadır. Biz belə bir görüşün şahidi olduq. Yəni, həm Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin, həm də həmsədrlərlə birgə hər üç ölkənin xarici işlər nazirlərinin görüşü keçirildi. Şübhəsiz ki, problemin həlli bir sıra geostrateji mərkəzlərin maraq dairəsindədir. Ona görə də problemin həll olunması ilə bağlı Minsk qrupuna həmsədrlər təyin olunarkən məhz bir sıra geostrateji reallıqlar və onların Qafqazda həyata keçirdikləri siyasi nüanslar da nəzərə alınmaqla müəyyənləşdirilib”.

H.Məmmədov vurğuladı ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın da belə bir görüş keçirmək arzusunda olduğunu bildirməsi müsbət haldır: "Hər halda hər bir görüş nəyinsə müzakirə olunması deməkdir. Bu görüşlər özü-özlüyündə problemin həllinə hansısa töhfələr verə bilər. Hesab edirəm ki, rəsmi Vaşinqtonun bu təklifi məqbuldur və yaxşı nəticələri olar”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər