cümə axşamı, 07 dekabr, 17:34

Baku Bakı 12°C

Hikmət Hacıyevdən kütləvi məzarlıqla bağlı PAYLAŞIM

icon 604 icon 05 oktyabr 2022 | 09:15
Hikmət Hacıyevdən kütləvi məzarlıqla bağlı PAYLAŞIM


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqla bağlı paylaşım edib.

Kaspi.az xəbər verir ki, paylaşımda deyilir:

"Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış və öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı aşkar edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”.