• cümə, 19 Aprel, 09:41
  • Baku Bakı 13°C

Hikmət Hacıyev: “Vətəndaşların sıxlığına yol verməmək üçün fərqli iş saatları tətbiq olunur”

10.07.20 17:48 603
Hikmət Hacıyev: “Vətəndaşların sıxlığına yol verməmək üçün fərqli iş saatları tətbiq olunur”
"Metronun bağlanması yoluxmalarla bağlı olub”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə deyib ki, o özü də ictimai nəqliyyatdan istifadə edir: "Avtobuslarda müəyyən sıxlıq var, vizual müşahidələrdə də bu, onu göstərir. Ona görə də Bakı Nəqliyyat Agentliyi qarşısında tələb qoyulub ki, avtobusların, o cümlədən ekspress marşrutlardakı avtobusların sayı artırılsın. Avtobusların sayı təhlil edilir. Həmçinin, vətəndaşların sıxlığına yol verməmək üçün iş saatlarında da fərqli vaxtlar tətbiq olunub. Özəl sektora da müraciət olunub ki, vətəndaş sıxlığının qarşısını almaq üçün iş saatına başlama saatları dəyişdirilsin”.
O, əsas məqsədin ictimai nəqliyyat vasitələrində sıxlığın aradan qaldırılması olduğunu deyib: "Özəl sektorun əməkdaşları da məhdud sayda fəaliyyət göstərir. İş saatlarında fərqli rejimin tətbiq olunması özəl sektorun qarşısında da vəzifə kimi qoyulub”.
banner

Oxşar Xəbərlər