• cümə, 19 Aprel, 22:28
  • Baku Bakı 24°C

Hikmət Hacıyev: "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"

27.10.20 19:48 519
Hikmət Hacıyev: "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"

"Bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə, Goranboy və Tərtər şəhərləri və onların ayrı-ayrı kəndləri "Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub”.
"Report”xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevdeyib.
O qeyd edib ki, 4 nəfər həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb:
"Həyatını itirənlərin sırasında 2 yaşlı qızcığaz da var. Həmçinin yaralananlar sırasında 9-15 yaşlarında 4 nəfər uşaq var”.
banner

Oxşar Xəbərlər