• çərşənbə axşamı, 19 mart, 12:16
  • Baku Bakı 8°C

Hicran Hüseynova: "Son yeddi ildə qadın sahibkarların sayı üç dəfəyə qədər artıb" - Fotolar

22.11.19 15:56 591
Hicran Hüseynova: "Son yeddi ildə qadın sahibkarların sayı üç dəfəyə qədər artıb" - Fotolar
Komitə sədri: Bu gün ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində əsaslı nailiyyətlər əldə olunub
Noyabrın 22-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuat konfransı keçirib.

Mətbuat konfransında H.Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətindəəsaslı nailiyyətlər əldə olunmuşdur.Xüsusilə də bu sahədə bir sıra mühüm qanunlar qəbul edilmiş vədavamlı islahatlar həyata keçirilmişdir. Nəticədə ölkədə qadın və uşaq hüquqları daha da inkişaf etdirilmiş, bu sahələrdə əhalinin məlumatlılıq səviyyəsi artırılmış, erkən nikahların sayı azalmışdır.


Qeyd edilib ki,qadın və uşaqların hüquqlarının müdaifəsi sahəsində qanunların qəbul edilməsində respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu olmuşdur. Prezidentimiz cənab İlham Əliyevinrəhbərliyi ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. Nəticə olaraq BMT-nin CEDAW Komitəsi (Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitə) ölkəmizin sonuncu dövrü məruzəsi ilə bağlı rəyində Azərbaycanda qadın hüquqlarının və gender bərabərliyinintəmin edilməsi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin qadın hüquqları ilə bağlı 5-ci məqsədininölkəmizdə bu sahədə görülən işlərlə 97% üst-üstə düşdüyü müəyyən edilmişdir. Habelə2011-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçiridiyi "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi Avropa İttifaqı tərəfindən səmərəliliyinə və verdiyi töhfələrə görə birinci yerə layiq görülmüşdür.

Ümumiyyətlə bu layihənin nəticəsində 8 Qadın Resurs Mərkəzləri yaradılmış,145 qadın şəxsi biznesini qurmuşdur. BütövlükdəMərkəzlər vasitəsilə altımin beş yüzdən çox üzvü olan güclü qadın şəbəkəsi mövcuddur. Onların fəaliyyətinin davamlılığını təmin etmək məqsədi ilə beş mərkəzBiləsuvar, Salyan, Sabirabad, Neftçala vəMasallıQHT kimi rəsmi qeydiyyatdan keçmişdir.

Bildirilib ki, ölkəmiz qadın və uşaq hüquqları sahəsində bir sıra mühüm Konvensiyalara qoşulmuş, bu ilin oktyabr ayında isə "Uşaqların cinsi zorakılıqdan və cinsi istismardan müdafiəsi haqqında” Avropa Şurasının Lanzarotta Konvensiyasını ratifikasiya etmişdir. Yaxın gələcəkdə ölkəmizin həmçinin "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının İstanbul Konvensiyasını imzalaması gözlənilir.

H.Hüseynova söyləyib ki, ailə institutunun möhkəmləndirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsi digər aidiyyəti qurumlarla birlikdə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliği, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin zəruriliyi, gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətindəəhəmiyyətli tədbirlər həyata keçirir.Lakin bütün bunların fonunda ailə institutunatəsir göstərən bir sıra mənfi hallar həm cəmiyyətimiz, həm də dövlətimiz üçün aktual olaraq qalmaqdadır. Bütün dünyada olduğu kimi, son illər nikahların azalması, boşanmaların artması, məişət zorakılığı zəminində xüsusi amansızlıqla qətl hadisələrinin baş verməsi, doğulan uşaqların sayının, ümumnəsilvermə əmsalının aşağı düşməsi, o cümlədən, doğulan uşaqlar arasında cins nisbətinin pozulması ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində bir sıra boşluqların olmasını sübut edir. Bu tendensiyanın davam etməsi gələcəkdə bir sıra demoqrafik problemlərin, eyni zamanda, genefonda mənfi təsirlərin və daha ağır fəsadların yaranmasına səbəb ola bilər. Baxmayaraq ki, bu məsələlər tərəfimizdən dəfələrlə aktuallaşdırılıb, bununla yanaşı istənilən nəticəni əldə etmək üçün hələ çətinliklər mövcuddur.

Məlumat verilib ki, 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Onun sözlərinə həmin dövrdə belə qızların sayı 5 min 138 idisə, Ailə Məcəlləsinə edilmiş dəyişiklik və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bugöstəricinin azalmasını müşahidə edirik. 2018-ci ildə bu rəqəm 338 olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4 min 392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2 min 129 olub. Lakin biz bu sahədə işlərimizi davam etdiririk. Eyni zamanda, qadınların seçkili orqanlarda xüsusilə, bələdiyyələrdə və parlamentdə, habelə yerli icra hakimiyyətlərindətəmsilçiliyi artırılmış, qadın sahibkarlığına dəstək gücləndirilmişdir.

Komitə sədri ölkəmizdə qadın sahibkarlığının da inkişaf etdiyini diqqətə çatdırıb. O deyib ki, 2019-cu il aprelin 1-nə olan məlumata görə qeydiyyatda olan qadın sahibkarların sayı 186 min 392 nəfərdir. 2012-ci ildə bu rəqəm73 min 469olub. Son yeddi ildə qadın sahibkarların sayı üç dəfəyə qədər artıb.

H.Hüseynovanın sözlərinə görə, son 8 ildə əhalinin hər min nəfərinə nikahların ümumi əmsalı doqquz tam onda yeddidən altı tam onda dördədüşmüşdür. Həmin müddət ərzində isə əhalinin hər min nəfərinə boşanmalarınümumi əmsalı bir tam onda ikidən bir tam onda beşə qədərartmışdır.Boşanma hallarının 57,2%-i tərəflərin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən baş vermişdir. Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması, məişət zorakılığının və intihar hallarının artması ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır. Nəticədə məhkəmələrdə uşaq tələbi, uşaqla ünsiyyət, alimentlərin ödənilməsi, əmlak bölgüsü ilə bağlı mübahisələr üzrə illərlə çəkişmələr gedir. Və bütün bu hallardanən çox əziyyət çəkən uşaqlar olur.

Təhlillər göstərir ki, nikahdan əvvəltibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması olduqca vacibdir. Bu istiqamətdə "Ailə Psixoloqu” institutunun, ailə məhkəmələrinin yaradılması, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zərurui tədbirlərin görülməsinə ehtiyac vardır. Tərəfimizdən bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilir. Ən yaxşı nümunələrdən biri Türkiyədir. Buradaailə psixoloqu həm Ailə və Sosial Siyasət Nazirliyinin, həm də bələdiyyələrin tərkibində fəaliyyət ğöstərir.

Mətbuat konfransında həmçinin qeyd olunub ki, hər il ölkədə vətəndaşların sosial təminatı və müdafiəsi üzrəxərclər artırılır. 2020-ci ilin dövlət büdcəsi layihəsində sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsi üçün xərclər 2019-cu ilin xərclərindən iki dəfə çoxdur. "Bu gün rayonlarda, kəndlərdə həssas ailələr var ki, onlarda ciddi hallar, faciələr baş verdikdən sonra dövlət qurumları bu barədə məlumatlı olur. Biz çox vaxt nəticə ilə mübarizə aparırıq. Halbuki vaxtında bu ailələrlə profilaktik iş aparılsa idi ağır hallar baş verməzdi.Elə bu məqsədlə biz hər bir icra hakimiyyəti yanındagender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaratmışıq. Mütəmadi olaraq bu qrupların fəaliyyəti qiymətləndirilir, bu sahədə çətinliklər müəyyən edilir, təlim və seminarlar keçirilir.Bütün bunlar həmin monitorinq qruplarının işinin daha da təkmilləşdirilməsinə xidmət edir.Həmçinin biz gənc hüquqşünaslarla, dövlət qulluqçuları ilə Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində seminarlar keçiririk. Vəkillər üçün təlimlər təşkil edirik”-deyən, H.Hüseynova əlavə edib ki, Komitənin tabeliyində 11 rayonda yerləşənUşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir.Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin yaradılması və inkişafı, rayon və kənd icmalarındaqarşıya qoyulan ali məqsədlərə nail olmaq üçün atılan ən effektiv addımlardan biridir. Mərkəzlərin fəaliyyətinin əsasını icmada risk qrupundan olan uşaq, qadın və ailələrlə sosial və psixoloji işin aparılması, uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikahların, məişət zorakılığının, qadın və uşaq zorakılığının,insan alveri hallarının qarşısının alınması, yeniyetmələrin təhlükəli yaş dövründə asudə vaxtının təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən, əhalinin ehtiyaclarına uyğun xidmətlərin təşkilindən ibarətdir. Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əsas benifisiarları risk qrupundan olan ailələr, qadınlar və uşaqlar, xüsusən də sosial təhlükəli vəziyyətdə olan ailələr və məişət zorakılığına məruz qalmış şəxslərdir.

Fəaliyyəti dövründə Mərkəzlərə müxtəlif mövzularda edilən müraciətlərin sayı on beş min iki yüzdoxsan bir olmuşdur. Onlardanon bir min beş yüz iyirmi iki nəfəri qadındır. Mərkəzlərin icma daxilində etibar qazanması qadın müraciətçilərin sayının artmasına səbəb olmuşdur. Ailə daxilində problemlərin araşdırılması, qiymətləndirilməsinin aparılması, ailələrin güclü tərəflərinin aşkarlanması məqsədi ilə ailələrə mərkəzlərin sosial işçi və psixoloqları tərəfindən səfərlər edilərək ailələrin potensialının artırılması istiqamətində işlər həyata keçirilir.

Hazırda ölkədə iki milyon altı yüz mindən çox uşaq olduğunu deyən H.Hüseynova söyləyib ki, ölkədə vahid dövlətuşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Komitə mütəmadi olaraq,müxtəliflayihələrhəyata keçirir.
yap.org.az


banner

Oxşar Xəbərlər