• cümə axşamı, 28 mart, 14:43
  • Baku Bakı 16°C

Heyvandarlıq və quşçuluqda bu yem və yem əlavələrinin satışından ƏDV tutulmayacaq

30.06.22 18:15 571
Heyvandarlıq və quşçuluqda bu yem və yem əlavələrinin satışından ƏDV tutulmayacaq

Satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiqlənib.

Kaspi.az xəbər verir ki, Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli Qərarının qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradıldı. Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırıldı.

Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur.

Xatırladaq ki, həmçinin 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir. Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.

Məlumat üçün bildirək ki, yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir.

banner

Oxşar Xəbərlər