• çərşənbə, 24 Aprel, 00:36
  • Baku Bakı 14°C

Həyəcandan özünü itirib, deyib ki, ayaqqabımı çıxardım?

27.02.20 15:30 1220
Həyəcandan özünü itirib, deyib ki, ayaqqabımı çıxardım?
PSJ-nin futbolçusu Kilian Mbappe 14 yaşı tamam olarkən aldığı sürpriz dəvət barədə yazıb.
Kaspi.az xəbər verir ki, o, yeniyetməlik xatirəsini "The Players’ Tribune” nəşrinə yazdığı köşə yazısında xatırlayıb. Mbappe "Real”ın baş məşqçisi Zinəddin Zidanla görüşünün belə təsvir edib:
"14 yaşım tamam olanda inanılmaz sürpriz aldım. "Real”dan kimsə atama zəng edib məni tətil vaxtı Madridə dəvət etdi. Bu dəvət məni şoka saldı. Çünki atama demişdilər ki, sizin oğlunuzu Zidan görmək istəyir.
Həmin vaxt Zidan "Real”ın idman direktoru idi. Mən göyün yeddinci qatına yüksəlmişdim. Ora gedəcəyimi heç kimə, ən yaxınlarıma da demədim.
Aeroportdan "Real”ın bazasına hecə gəldiyimi heç vaxt unutmayacağam. Aeroportda bizi Zidan qarşıladı. Bu, böyük jest idi.
O, avtomobilin ön sırasında oturub mənə dedi: "Gəl əyləş”. Mən isə özümü itirdim və soruşdum: "ayaqqabılarımı çıxardım?”
Bilmirəm bu sualı niyə verdim, yəqin ki, həyəcandan idi. O isə cavabında "əlbəttə, yox” dedi. O, məni bazaya gətirdi. Yolda öz-özümə deyirdim: "Bondidən olan Kilian Zizunun avtomobilindədir? Bu ola bilməz”.
Hərdən səninlə bağlı elə reallıqlar olur ki, bunu yuxu hesab edirsən”.
banner

Oxşar Xəbərlər