• cümə, 19 Aprel, 03:31
  • Baku Bakı 18°C

Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan əzəmətli inkişaf yolu keçib

12.12.19 11:37 341
Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan əzəmətli inkişaf yolu keçib
Azərbaycan böyük uğurlar əldə edib və bu uğurlar deməyə əsas verir ki, ölkənin gələcəyi daha parlaqdır. Bütün bunların əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında İraq Ədəbiyyatçılar və Yazıçılar Birliyinin türkmən mədəniyyət bürosunun sədri, İraq parlamentinin sabiq üzvü Fevzi Əkrəm Terzioğlu söyləyib.
Fevzi Əkrəm Terzioğlu bildirib ki, xalqların və ölkələrin taleyini liderlər həll edir. Keçmiş Sovet İttifaqının süqutu illərində ermənilərin Azərbaycana qarşı ərazi iddiaları fonunda ölkə çətin sınaqlardan çıxdı, şəhidlər verdi, ərazisinin bir qismi təcavüzkar Ermənistan tərəfindən işğal olundu. Bütün bu ağrılara baxmayaraq, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan bəlalardan xilas oldu və ötən dövrdə əzəmətli inkişaf yolu keçib. Bu gün Azərbaycanda Heydər Əliyevin ideyaları yaşayır. Ümumiyyətlə, xilaskar liderlərin ideyaları əbədiyaşar olur. Ulu öndər Heydər Əliyev öz xalqını təlatümlərdən xilas edən liderlər sırasında özünə layiqli bir yer qazanıb.
banner

Oxşar Xəbərlər