• şənbə, 20 Aprel, 13:57
  • Baku Bakı 23°C

Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib

12.12.19 11:53 356
Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib
Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib. Müdrikcəsinə söylənilmiş bu fikir Azərbaycan və Türkiyə gəncləri üçün birgə inkişaf yolu, irəliyə aydın baxış fəlsəfəsidir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok bildirib.
Bələdiyyə sədri Azərbaycan-Türkiyə münasibətlərini bütün dünya üçün qardaşlıq, dostluq və tərəqqi nümunəsi kimi dəyərləndirib. O deyib ki, münasibətlərimizin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub.
Hər bir vətənsevər türkiyəli üçün qürurludur ki, Azərbaycan sürətlə inkişaf edir, böyük nailiyyətlər qazanır. Bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin öz xalqına bəxş etdiyi milli sərvətdir.
banner

Oxşar Xəbərlər