• cümə, 29 Mart, 02:40
  • Baku Bakı 7°C

Heydər Əliyevin 26 il əvvəlki sentyabr qərarı

20.09.19 12:21 512
Heydər Əliyevin 26 il əvvəlki sentyabr qərarı
"Düz 26 il əvvəl - 1993-cü ilin sentyabrında Azərbaycan MDB üzvlüyünü rəsmiləşdirməklə müstəqil dövlətin sistemli xarici siyasətinin formalaşdırılmasında ilk prinsipial və məntiqli addımı atdı. O zaman Heydər Əliyevin dəqiq hesablamalara və beynəlxalq mübasibətlərin aydın məntiqinə söykənən bu qərarı məlum siyasi dairələr tərəfindən isterika ilə qarşılanmasına baxmayaraq çox qısa zaman intervalı Heydər Əliyevin nə qədər dəqiq mövqe seçdiyini hamıya göstərdi. Sübut olundu ki, o dövr üçün ən böyük kontinental dövlətlərarası təşkilat olan MDB nəinki Azərbaycanın müstəqilliyi üçün təhlükə törətmir,əksinə, Azərbaycan bu qurumdan uzaq qaldıqca dövlət müstəqilliyimizi daha da möhkəmləndirməyə kömək edə bilən bir sıra iqtisadi, siyasi və hərbi-təhlükəsizlik faktorlarından məhrum oluruq. Əlavə olaraq müstəqillik üçün özündə təhlükə saxlayan bəzi potensial risqlərin fəallaşması üçün münbit şərait yaranırdı. Heydər Əliyevin çətin daxili siyasi şərtlər çərçivəsində MDB ilə bağlı verdiyi qərar müstəqilliyimizin bütün tarixi boyu oynadığı rola görə alternativsiz addım kimi dəyərləndirilməlidir".
Bu barədə siyasi şərhçi Aydın Quliyev "Facebook" profilində yazıb.
O qeyd edib ki, MDB üzvlüyü sonrakı dövrdə Azərbaycan diplomatiyası qarşısında ABŞ-a və Avropaya yönəlik yeni və geniş fəaliyyət istiqamətləri açmaq üçün etibarlı dayaq sütununa çevrildi. Siyasi şərhçinin qənaətincə, Azərbaycan MDB üzvlüyünə qərar verməsəydi, neft kontraktları, NATO ilə, Avropa Birliyi ilə, müxtəlif beynəlxalq sülh missiyaları və antiterror koalisiyaları ilə əməkdaşllq əlaqələri indiki qədər dərinləşə bilməzdi.
A.Quliyev yazıb ki, MDB üzvlüyü Azərbaycanın təkcə beynəlxalq qlobal münasibətlər sistemində balanslı duruşunu təmin etmədi, eyni zamanda regional münasibətlər sistemində ölkəmizin mövqeyini stabilləşdirdi və mütərəqqi regional proseslər, region xalqlarının rifahı üçün Azərbaycanın malik olduğu imkanların fəallaşdırılmasında həlledici rol oynadı: "Məhz MDB üzvlüyü Azərbaycana imkan verdi ki, erməni təcavüzünün artan xətt üzrə irəliləyişinin qarşısını alsın, imkan verdi ki, regionda iqtisadi, logistik və ticarət xarakterli ikitərəfli, üçtərəfli və hətta dördtərəfli əməkdaşllq formatlarının yaransın. Azərbaycan şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizlərini də məhz bunun sayəsində reallaşdıra bildi.Azərbaycanın MDB üzvlüyü hələ bundan sonra da uzun on illiklər boyu öz aktuallığını saxlayacaq və ən müxtəlif istiqamətlərdə öz təsirli rolunu oynayacaq. Xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həlli üçün də MDB hələ imkanlarının heç də hamısı üzə çıxarılmamış geosiyasi platformadır".
banner

Oxşar Xəbərlər