• cümə, 19 Aprel, 00:36
  • Baku Bakı 18°C

Heydər Əliyev Sarayında "Muğam və Mənəviyyat" konserti keçiriləcək

10.10.17 15:30 1773
Heydər Əliyev Sarayında "Muğam və Mənəviyyat" konserti keçiriləcək
Noyabrın 1-də Heydər Əliyev Sarayında "Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, "Rast dəstgahı” muğamının səsləndiriləcəyi gecədə Xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.
Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri "Könül" ansamblı müşayiət edəcək.
Saat 19:00-da başlayacaq konsertin biletlərini www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.
banner

Oxşar Xəbərlər