• cümə, 29 Mart, 13:13
  • Baku Bakı 14°C

Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsertlər təşkil edəcək

29.04.19 17:06 826
Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsertlər təşkil edəcək
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bir sıra bölgələrdə konsertlər təşkil olunacaq.
Fonddan Trend-ə verilən məlumata görə, tədbirlərə mayın 2-də Ağdam rayonundan start veriləcək. Konsert proqramında tanınmış incəsənət xadimlərinin ifasında milli musiqi və muğam nümunələri təqdim ediləcək.
Mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər keçiriləcək.
Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim olunacaq.
banner

Oxşar Xəbərlər