• çərşənbə axşamı, 16 aprel, 22:16
  • Baku Bakı 18°C

Heydər Əliyev adına NEZ-də yeni qurğular quraşdırılacaq

15.11.18 14:00 616
Heydər Əliyev adına NEZ-də yeni qurğular quraşdırılacaq
SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yeni qurğular quraşdırılacaq.
ŞirkətdənAZƏRTAC-a bildirilib ki, NEZ-in modernizasiyası və yenidənqurması layihəsi çərçivəsində "Larsen&Toubro” şirkətinin Hindistanda yerləşən zavodunda istehsal olunmuş dizelin hidrotəmizlənməsi qurğusunun reaktoru zavoda gətirilib və yaxın vaxtlarda quraşdırılma prosesinə başlanılacaq. Reaktorun uzunluğu 32,7 metr, eni 8,4 metr, hündürlüyü isə 6,6 metrdir.
Dizelin hidrotəmizlənməsi qurğusunun reaktoru "Larsen&Toubro” şirkətinin Hindistanın Hazira vilayətində yerləşən zavodundan uzun qoşqulu tırlarda Adani limanına və buradan dəniz yolu ilə Rumıniyanın Konstansa limanına gətirilib. Konstansa limanında karqo çay gəmisinə yüklənərək, Volqa-Don kanalı vasitəsilə Bakıya, "Neftqaztikinti” trestinin "Zığ” istehsalat sahəsinə çatdırlıb. Bundan sonra reaktor çoxqoşqulu tırlar vasitəsilə Heydər Əliyev adına NEZ-in iş sahəsinə gətirilib.
Zavodun modernizasiyası və yenidənqurması layihəsi çərçivəsində ilkin olaraq dizelin hidrotəmizlənməsi qurğusu üçün nəzərədə tutulmuş avadanlıqlardan hidrogenizatın buxarlandırıcısı (32-K-001) kolonu NEZ-ə çatdırılıb. "Tekfen” şirkətinə məxsus uzunluğu 34 metr, diametri 4 metr və 2,6 metr, çəkisi 150 tona yaxın olan bu avadanlıq Türkiyənin Dərincə vilayətindən Qaradəniz-Volqa-Don kanalı-Xəzər dənizi marşurutu ilə 35 günə zavoda gətirilib. Həmçinin kükürdün alınması qurğusu üçün nəzərdə tutulmuş "AMD International SRL” şirkətinin istehsalı olan 130 ton çəkiyə malik 2 ədəd termoreaktor və "Daekyung Machinery& Engineering Co. td” tərəfindən istehsal olunmuş 6 ədəd dizelin hidrotəmizlənməsi qurğusunun reaktorunun xammalının qızdırılması üçün istidəyişdiricilər də artıq zavoda çatdırılıb, quraşdırılma prosesinə start verilib.
Xatırladaq ki, layihənin planlaşdırılan tarixlərdə tamamlanmasını təmin etmək üçün reaktorun istehsalına 2017-ci ilin iyul ayında müqavilənin imzalanmasından dərhal sonra başlanıb və tamamlanması ümumilikdə 14 ay çəkib. Ümumilikdə Heydər Əliyev adına NEZ-də yenidənqurma işlərinin 3 mərhələsi çərçivəsində 14 yeni qurğunun inşası nəzərdə tutulur. Birinci mərhələ cari ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi ilə yekunlaşacaq. İkinci mərhələdə 2020-ci ilin sonunadək "Avro-5” keyfiyyətli dizel yanacağının alınması, son mərhələdə isə 2021-ci ilin əvvəlinədək "Avro-5” keyfiyyətli benzin məhsullarının istehsalı nəzərdə tutulur. Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 milyon tondan 7,5-8 milyon tona qədər artırılacaq, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı mümkün olacaq. Moderinizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına xüsusi töhfə verəcək.
banner

Oxşar Xəbərlər