Həyatda heç bir məna yoxdur və olmayıb da
"Sevdiyim əsər” layihəsində yazarların,
elm, sənət adamlarının çox sevdikləri əsərlər haqqında söhbət açırıq. Budəfəki
həmsöhbətimiz Xalq yazıçısı Elçindir.
Elçin müəllimin sevdiyi əsər Migel de Servantesin "Lamançlı Don Kixot” romanıdır.
– Migel de Servantesin "Lamançlı Don Kixot” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
- Fərid, mən məziyyət, yaxud keyfiyyət ölçüləri ilə "Don Kixot” əsərinə yanaşmağı, onu qiymətləndirməyi doğru hesab eləmirəm. Çünki o, sənin dediyin həmin məziyyətlər və keyfiyyətlər meyarından çox-çox yuxarıda dayanır. Bu meyarlarla adi əsərləri qiymətləndirmək olar, mənim aləmimdəki "Don Kixot” isə həmin "adilikdən” yüksəkdə dayanan bir əsəridir.
Bir dəfə iclasımız gecəyə qədər uzandı, iş qurtarandan sonra istədim bir az piyada gəzim, gəzə-gəzə də İncəsənət Muzeyinin yanında xətrini istədiyim görkəmli bir yazıçımızla rastlaşdım. Onunla yaxşı münasibətimiz var idi, hal-əhval tutandan sonra soruşdum ki, xeyli vaxtdır görünmürsən, haralardasan? Dedi ki, burda yox idim. Soruşdum ki, hara getmişdin? Cavab verdi ki, səndən həmişə müsbət dalğalar gəlir, ona görə də sənə deyə bilərəm. Tam səmimi və ciddi şəkildə barmağını göyə uzadıb dedi ki, Merkuridə idim. Eşitmişdim ki, o, bəzən qəribə şeylər danışır, ona görə də bir söz demədim, başqa məsələlərdən danışdıq və sağollaşıb ayrıldıq. Gecə bağa getdim, rəhmətlik İlyas Əfəndiyev bizdə idi, oturub ordan-burdan söhbət elədik, soruşdu ki, şəhərdə nə var, nə yox, kimləri görürsən? Dedim bayaq filan yazıçını gördüm. O saat soruşdu ki, necədi, deyirlər bir az qəribə olub. Dedim ki, hə, bayaq mənə də deyirdi ki, Merkuriyə getmişdim. İlyas Əfəndiyev heç nə demədi, sonra da başqa söhbətə keçdik. Bir azdan yatmağa gedəndə, birdən dayanıb, gülümsəyərək: "Bura bax, – dedi, – nə bilirsən, bəlkə, o, elə düz deyir?”. Bu söhbət ona görə yadıma düşdü ki, ağlı itirmək şərti bir məsələdir, xüsusən də bu ifadəni Don Kixota şamil eləmək, mənə görə düzgün deyil. Don Kixot ağlını itirmir, o, etiraz edir – həyata, yaşayışa, ümumiyyətlə, həyatın özünə, mənasına qarşı protest edir. Həyatın yaxşı və pis cəhətinə yox, ümumiyyətlə, həyatın özünə qarşı.
Söhbətləşdi: Fərid Hüseyn
Elçin müəllimin sevdiyi əsər Migel de Servantesin "Lamançlı Don Kixot” romanıdır.
– Migel de Servantesin "Lamançlı Don Kixot” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
- Fərid, mən məziyyət, yaxud keyfiyyət ölçüləri ilə "Don Kixot” əsərinə yanaşmağı, onu qiymətləndirməyi doğru hesab eləmirəm. Çünki o, sənin dediyin həmin məziyyətlər və keyfiyyətlər meyarından çox-çox yuxarıda dayanır. Bu meyarlarla adi əsərləri qiymətləndirmək olar, mənim aləmimdəki "Don Kixot” isə həmin "adilikdən” yüksəkdə dayanan bir əsəridir.
–Sizcə,
Don Kixot niyə məhz cəngavərlik romanları oxumaqdan ağlını itirir və
döyüşçüolmaq qərarına gəlir?
– Yox,
burda söhbət ağlını itirməkdən getmir. Sən hesab edə bilərsən ki, kimsə
ağlını itirib, amma həmin adam üçün onun düşüncələri çox normal ola bilər. Yəni
"Don Kixot” dəli və ya ağıllı, qüvvətli yaxud zəif olmağın sərhədlərini müəyyən
etməyən bir əsərdir, onun dahiyanəliyi də elə bundadır.Bir dəfə iclasımız gecəyə qədər uzandı, iş qurtarandan sonra istədim bir az piyada gəzim, gəzə-gəzə də İncəsənət Muzeyinin yanında xətrini istədiyim görkəmli bir yazıçımızla rastlaşdım. Onunla yaxşı münasibətimiz var idi, hal-əhval tutandan sonra soruşdum ki, xeyli vaxtdır görünmürsən, haralardasan? Dedi ki, burda yox idim. Soruşdum ki, hara getmişdin? Cavab verdi ki, səndən həmişə müsbət dalğalar gəlir, ona görə də sənə deyə bilərəm. Tam səmimi və ciddi şəkildə barmağını göyə uzadıb dedi ki, Merkuridə idim. Eşitmişdim ki, o, bəzən qəribə şeylər danışır, ona görə də bir söz demədim, başqa məsələlərdən danışdıq və sağollaşıb ayrıldıq. Gecə bağa getdim, rəhmətlik İlyas Əfəndiyev bizdə idi, oturub ordan-burdan söhbət elədik, soruşdu ki, şəhərdə nə var, nə yox, kimləri görürsən? Dedim bayaq filan yazıçını gördüm. O saat soruşdu ki, necədi, deyirlər bir az qəribə olub. Dedim ki, hə, bayaq mənə də deyirdi ki, Merkuriyə getmişdim. İlyas Əfəndiyev heç nə demədi, sonra da başqa söhbətə keçdik. Bir azdan yatmağa gedəndə, birdən dayanıb, gülümsəyərək: "Bura bax, – dedi, – nə bilirsən, bəlkə, o, elə düz deyir?”. Bu söhbət ona görə yadıma düşdü ki, ağlı itirmək şərti bir məsələdir, xüsusən də bu ifadəni Don Kixota şamil eləmək, mənə görə düzgün deyil. Don Kixot ağlını itirmir, o, etiraz edir – həyata, yaşayışa, ümumiyyətlə, həyatın özünə, mənasına qarşı protest edir. Həyatın yaxşı və pis cəhətinə yox, ümumiyyətlə, həyatın özünə qarşı.
– Əsərin
parodiya kimi qələmə alınması məsələsinə münasibətiniz necədir?
– XV-XVI əsrdə İspaniyada cəngavərlik
romanları yazmaq dəb idi. Həmin romanların çoxu aşağı səviyyəli idi. Bu günə gəlib
çatmayıb, yəni tarixin sınağından çıxmayıblar. Tədqiqatçıların çoxu deyir ki,
"Don Kixot” həmin əsərlərə parodiya kimi yazılıb, ancaq mənim aləmimdə bu roman
parodiya deyil. Düzü, mən fikirləşirəm ki, Servantes heç özü də bilməyib ki, o,
necə bir əsəri qələmə alıb, ona elə gəlib ki,
sadəcə, romanlara parodiya yazıb.– Sizin müsahibələrinizdən
birindən oxumuşdum ki, "Don Kixot”u başqa planetə "göndərmək istəyirsiniz...”
– Bir dəfə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində mənimlə görüş keçirirdilər. Onda rəhmətlik Aslan
Aslanov həmin universitetin rektoru idi. Orda mənə sual verdilər ki, siz başqa
bir planetə getsəydiniz, yer üzündəki həyatı əks etdirən hansı əsəri özünüzlə aparardınız? Cavab verdim ki, "Don Kixot”u. Çünki həyat nədir,
sevinc nədir, insan kimdir, yaşamağın mənası nədir, xoşbəxtlik nədir, bədbəxlik
nədir, xəyanən, sədaqət, məhəbbət və sair nədir? – "Don Kixot” bu suallara cavab
verir: həyat mənasız bir şeydir. "Don Kixot” deyir ki, bu həyatda nə varsa
sevincindən tutmuş kədərinəcən hamısı nisbi şeylərdir, insanlar illüziyanın içərisində
yaşayırlar və dünyada əbəs yerə məna axtarırlar, çünki həyatda heç bir məna
yoxdur və olmayıb da. Yəni yaşayış bünövrədən mənasız bir şeydir. Ona görə də
deyirəm ki, Servantes özü də bilməyib ki, nə yazıb, hansı bəşəri suallara cavab
verib. Fikir ver, əsərdə insana aid nə varsa hamısı saxtadır – sevgi, qəhrəmanlıq,
sevinc, məğlubiyyət – hər şey. – Elçin müəllim,
sizcə, əsərdə Don Kixotun ən böyük məğlubiyyəti hansıdır?
– "Don Kixot”un ən böyük məğlubiyyəti ölüm
ayağında yenidən özünə gəlməsi və adi bir insana çevrilməsidir. Bu fikir, əlbəttə,
"mənim Don Kixotum”a aiddir. Mariana Svetayevanın məşhur məqaləsi vardı: "Mənim
Puşkinim”. Həmin əsərdə Sevetayeva hər kəsin tanıdığı Puşkindən fərqli bir
Puşkindən danışır. Mənim də "Don Kixotu”m kiminsə nəzərindəki "Don Kixot”a
uyğun gəlməyə bilər, bu çox normaldır. Yeri gəlmişkən Mixail Bulqakovun "Don Kixot”
adlı dramı var. Bulqakov böyük yazıçıdır, söz yox, ancaq o da roman haqqındakı
ümumi fikirdən kənara çıxa bilməyib, çoxları kimi parodiyalarla bağlı məşhur məsələdə
ilişib qalıb. "Don Kixot” haqqında yazılan elə bir bədii əsərə rast gəlməmişəm
ki, xoşuma gəlsin. Amma "Don Kixot” barədəki musiqi əsərlərini bəyənirəm, Xüsusən
Ştrausun "Don Kixot” haqqında simfonik poemasını, bir də Qara Qarayevin "Don
Kixor qravürləri”ni. Qara Qarayev əvvəl o əsəri Qriqori Kozintsevin "Don Kixot”
filmi üçün bəstələmişdi, sonra onu ayrıca işlədi. – Maraqlıdır,
niyə bədii ədəbiyyatda yox, musiqidə "Don Kixot”a müraciətlər sizi sənətkarlıq
baxımından qane edir?
– Çünki Don Kixot aləminə konkret yanaşmaq
mümkün və düzgün deyil. Mənə görə "Don Kixot”u məhz qeyri-konkretlik səciyyələndirir.
Musiqi dinləyicinin improvizasiyası üçün imkan yaradır. Don Kixotun çoxlu şəkillərini
çəkiblər, mən çox rəssamların bu mövzuda işləri ilə tanışam, amma onların – həmin
rəsm əsərlərinin heç biri mənim aləmimdəki Don Kixot deyil, Çünki Don Kixotun
qeyri-konkret obrazını tapmaq lazımdır, onun bir qəhrəman, personaj və insan
kimi mahiyyətində qeyri-konkretlik var.–Sizcə,
Don Kixot bütün etdikləri ilə nəyə nail olmaq istəyir?
– Don Kixot insanları mənasızlıqdan xilas
etmək istəyir və arzusuna da çatmır. Və insanlar yenə də şərti sevinc və şərti
kədərləri ilə yaşayıb, ölüb, çıxıb gedirlər.– Bu yaxınlarda
dövri mətbuatda sizin tərcümə və təqdimatınızda Frans Kafkanın "Don Kixot” barəsində
"Sanço Pansa haqqında həqiqət” adlı miniatürünü oxudum. Miniatürdə
vurğulananlara münasibətinizi bilmək istərdim...
– Həmin miniatürdə Kafka yazır ki, "Axşam və
gecə saatları onu rısarlardan, quldurlardan bəhs edən romanlarla əyləndirərək,
heç vaxt da bununla öyünməyən Sanço Pansa, gələcəkdə Don Kixot adlandıracağı bu
əcinnəsini illər boyu o qədər özündən uzaqlaşdırdı ki, həmin Don Kixot
bir-birinin ardınca divanə hərəkətləri törətməyə başladı və sevilib-seçilmiş
bir hədəfi olmadığı üçün – həmin hədəf isə məhz Sanço Pansa olmalı idi – bu hərəkətlərlə
heç kimə bir zərəri dəymədi. Azad bir insan olan Sanço Pansa, görünür, hansısa
bir məsuliyyət hissinə görə Don Kixotun gəzib-dolaşmaqlarında onu maraqlı və
xeyirli bir qəziyyə kimi son günlərinəcən müşayiət etdi”. Kafkanın fikrincə,
Don Kixotu Sanço Pansa yaradıb. Sanço Panso kimdir? O qarınqulu, aciz, boş-boş
şeylərdən həzz alan, adi şeylərdən kədərlənən ibtidai biridir. Bu cür bəsit
birinin Don Kixotu yaratmasını iddia etmək çox təəccüb doğuran, ancaq eyni
zamanda maraqlı olan bir fikirdir.–Norveç
Kitab Klubu "Ədəbiyyat tarixinin 100 ən yaxşı əsəri”ni müəyyən etmək üçün sorğu
keçirib.Sorğuda 50-dən artıq ölkəni təmsil edən 100-dən çox
tanınmış yazar iştirak edib. O cümlədən, Orxan Pamuk, Salman Rüşdi, Milan
Kundera da rəylərini bildiriblər. Səslərin yarıdan çoxunu dahi ispan yazıçısı
Migel de Servantesin "Don Kixot” əsəri toplayıb, birinci yeri qazanıb. İstərdim
ayrı-ayrı zövqlərin eyni nöqtədə birləşməsinin səbəbindən danışasınız...
– Mən şübhə eləmirəm ki, o seçimi edənlərin
hərəsinin özünün ayrıca bir "Don Kixot”u var. Onlardan biri bu əsəri yaxşı
parodiya nümunəsi kimi, digəri hansısa başqa bir, sənin dediyin həmin məziyyətə,
keyfiyyətə görə qiymətləndirib. Mənim üçün "Don Kixot” səmavi kitablardan sonra
ən böyük əsərdir.– Cəmiyyət
cəngavərlərdən qurtulsun deyə (həm də) "Don Kixot” yarandı. Bəs Don Kixotlardan
qurtulmaq üçün necə bir qəhrəman yaranmalıdı?
– Fərid, səninlə mənim Don Kixotlarımız
bir-birindən fərqlidir. Mən Don Kixotluqdan xilas olmaq haqqında düşünmürəm və
dünyanın da "Don Kixot” həqiqətindən qaçası yeri yoxdur. –Don Kixot hərdənSanço
Pansayadeyir ki, çalış çox fərman vermə, fərmanın çoxluğu dövlətin zəifliyindən
irəligəlir. Bu müdrik sözləri deyən Don Kixot çaxır tuluğunu div bilib
deşir, qırmızı çaxır yerə dağıldıqca isə, elə hesab edir ki, axan divin
qanıdır.Yaxud karvansaranı qəsr sayıb özünü hidalqo – ispan zadəganı kimi
aparır. Bu paradoksal nümunələrin sayını artırmaq da mümkündür. Əsərdə əvvəldən
axıracan elə bil, müdrikliklə sadəlövhlüyün mübarizəsi gedir...
– Sadaladığın məqamlarda söhbət müdriklik və
sadəlövhlükdən getmir, mənim fikrimcə reallıq və irreallıqdan gedir. Don
Kixotun iki adı və iki dünyası var – real və irreal. Sonda o irreal dünyadan
real dünyaya qayıdır və başa düşür ki, onun bütün zəhməti heç imiş. Və o bunu –
dünyanın puç olmasını bizə öz taleyinin timsalında göstərir. –Sizə görə
Donkixotluq nədir:İçində olduğu cəmiyyəti tanımadan onu dəyişdirmək?Görmədiyi
qadına vurulmaq?Arzuları hesabına özünü fəda etmək?Ona pislik edənlərə
təmənnasız yaxşılıq etmək? Bəlkə, bunların hamısını özündə ehtiva edən bəşəri
bir dəyər?
– Sualında sadaladıqlarının heç biri mənim
üçün Don Kixotluq deyil. Xüsusən də sualının sonunda vurğuladığın "bəşəri dəyər”i
Don Kixot qəbul etmir. Don Kixotluq dərində gizlədilmiş təhtəlşüur protestdir:
insanın özünü aldatmasına, hisslərin saxtalığına, dəyərlərin mənasızlığına
qarşı.– Bütün məğlubiyyətlərə
rəğmən nikbinliyi zərrəcə əskilməyən buəsərin sonundaDon Kixot
ölür. İstərdim, aqibətin labüdlüyündən və ölümün əsərdəki nikbinliyin sonuna
nöqtə kimi qoyulmasından danışaq.
– Don Kixot ölmür, ölən Alonso Kexanodur. Əsər
Alonso Kexanonun Don Kixota çevrilməsiylə başlayır və Don Kixotluqdan yenidən
Alonso Kexanoya qayıdır. Don Kixot məğlub olur, ancaq ölmür, ölən Alonso
Kexanodur. – Xorxo Luis Borxesin "Don Kixot
haqqında magiya” essesində belə bir sual var:nəyə görə Don Kixotun "Don
Kixot”un oxucusu olması, Hamletin isə "Hamletin” tamaşaçısı olması bizi həyəcanlandırır?
Görünür, mən səbəbini tapmışam: bu tip fikirlər belə bir qənaətə gəlməyimizə
kömək edir ki, uydurma personajlar oxucu və ya tamaşaçı ola bilərlərsə, onlarla
müqayisədə oxucu və ya tamaşaçı olan bizlər də, bəlkə, uydurmayıq”.Elçin
müəllim, Borxesin Don Kixot haqqındakı bu fikrinə münasibətinizi bilmək istərdim...
– Borxesin "Magiyalar” silsiləsindən yazdığı
o esse çox məşhurdur və "onun Don Kixotu” "mənim Don Kixotum”a nisbətən
yaxındır. "Don Kixot”u "Hamlet”lə müqayisə etməsi təbibdir, çünki onların
arasında yaxınlıq var.–Bu əsərdə
çoxlu səyahətlər təsvir edilir, ancaq müəllif romanı həbsxanada qələmə alıb...
– Bu, prinsipial məsələ deyil, həbsxanada
belə azadlıq haqqında ən gözəl əsəri yazmaq olar. 10-15 il əvvəl çox yorğun idim,
məzuniyyətə çıxıb Kislovodska getdim ki, həm bir az dincəlim, həm də müalicə
alım. Və birdən-birə başladım silsilə hekayələr yazmağa, özü də məcburi köçkünlərin
həyatı haqqında. "Bayraqdar”ı, "Qarabağ şikəstəsi”ni yazdım. Onların sonunda
yazdığım məkanı qeyd eləmişdim. O vaxt mətbuatda qara-guruh kompaniyası başladı
ki, Elçinə baxın, özü Kislovodska gedib, sanatoriyada dincələ bilir, ancaq
qaçqınların həyatından yazır. Halbuki normal məntiq deyir ki, Azərbaycan
yazıçısı hətta müalicəyə gedəndə də qaçqınlar haqqında düşünür, onların həyatından
yazır. – "Bütün dünyada bu əsərdən dərin və qüvvətli
əsər yoxdur, bu hələlik insan fikrinin son və ən böyük sözüdür. Bu, insanın
ifadə edə biləcəyi ən acı kinayədir.... ...insan dühasının yaratdığı bütün əsərlər
içərisində ən böyük və ən kədərli kitabdır”. Bu fikirləri Dostoyevski "Don
Kixot” əsəri barədə deyirdi...
– Dostoyevski "Don Kixot”u ona görə sevirdi
ki, hər ikisi – həm Don Kixot həm də Dostoyevski dünyada baş verənlərin tənqidlə
düzələcəyinə inanmırdı. Onlar bu baxımdan eyni bədii-fəlsəfi yolun
yolçularıdır. Servantes yox ha, Don Kixotla Dostoyevski. – Rejissorlardan
bəziləri "Don Kixot”da azadlıq məsələsini qabardır, digəri insanın reallıq
hissini itirməsi məsələsini. Siz bu əsərin ekran və səhnə həyatında hansı
rakursun qabardılmasını vacib hesab edirsiniz?
– "Don Kixot” haqqında çəkilən filmlərin
arasında və gördüyüm tamaşalarda "mənim Don Kixotum” olmayıb.– Yazıçı olaraq
Don Kixotun yaradıcılığınıza təsirini hiss etmisinizmi?
– Bunu konkret olaraq deyə bilmərəm ki, "Don
Kixot”dan təsirlənib nəsə yazmışam, ancaq təhtəlşüurumda yəqin ki, hansısa təsiri
var. Xüsusən "Baş” romanımda və son hekayələrimdə "Don Kixot”la yaxınlıq hiss
edirəm.– Don Kixotun
romantik məhəbbət etiraflarına Dulsineya alma zərbələri ilə cavab verir. Sizcə,
müəllif niyə alma simvolundan istifadə edir?
– Bu çox maraqlı sualdır. Mən bu əsəri
tez-tez vərəqləyirəm, amma 2-3 ildən bir yenidən oxuyuram. Sonuncu dəfə – 4-5
il əvvəl "Don Kixot”u yenidən oxuyanda fikrimdən keçdi ki, Həvva Adəmi alma ilə
aldadıb. Servantes bəlkə də, alma məsələsini düşünərək yazmayıb, təhtəlşürün
gücü ilə yazıb, istedadı, fəhmi onu həmin məqama aparıb çıxarıb.– Servantes
zamanında İspaniyada zadəganlar üç əsas təbəqəyə bölünürdülər. Yuxarı təbəqə –
senyorlar, orta təbəqələr kabalyerolar və aşağı təbəqələr – hidalqolar. Sizcə,
müəllif niyə qəhrəmanını hidalqolar arasından seçib?
– Ola bilər ki, türməyə düşməsi, qolunun kəsilməsi,
hətta casusluq da etməsi bunda müəyyən rol oynayıb. Servantes macərapərəst bir
adam olub və ona görə də əsas qəhrəmanı özünə bab sinifdən seçib. – Sizcə, Don Kixot əsərinin meydana çıxması ilə,
intibahın sevgi, qəhrəmanlıq ideyalarının süquta uğraması arasında əlaqə varmı?
"Don Kixot” renessansa da yüksəkdən baxan
bir əsərdir. Don Kixotun nəzərləri ilə renessansa baxanda, o da illüziyadan
başa bir şey deyil. İnsanın ən üst mərtəbəyə
qalxması, yaxud ən gözəl dövrdə yaşaması hələ hər şey demək deyil. İnsan o
aldanışların fövqündə dayana bilmir, ona görə də qədim zamanlardan insanın sevinci
həmin sevinc, kədəri həmin kədərdir və bütün zamanlarda belə olub. Yəni nə dünən
bu gündən yaxşı idi, nə sabah bu gündən yaxşı olacaq, nə də bu gün dünəndən və
sabahdan gözəldir. – Siz
"Şekspir” pyesində yazırsınız ki, yalanla həqiqətin, dəliliklə ağlın qəti sərhəddini
çəkmək mümkün deyil, bunu müəyyən edən meyar, ölçü yoxdur. Bu əsərinizi Don
Kixot ideyalarının davamı kimi başa düşmək olarmı?
– Mən "Şekspir”ə "Don Kixot”un davamı deməzdim.
"Şekspir”ə "mənim Don Kixotum”un dünyagörüşünə uyğun ideyaların daşıyıcısı demək
daha düzgün olar. – İkibaşlılıq, qeyri-müəyyənlik daha çox
postmodernist düşüncəyə məxsusdur, Don Kixot romanındakı ikibaşlılıq və
qeyri-müəyyənlik onu postmodernist bir əsər saymağa əsas verirmi?
– Bütün "izm”lərin, mənim aləmimdə, məhdud
dövrü yoxdur. Həmin "izm”lərin izini klassik ədəbiyyatda görmək olar. Bu mənada, postmodernizm, bəlkə də, özünü "Don
Kixot”da daha çox ifadə edir, nəinki müasir postmodernist əsərlərdə. Söhbətləşdi: Fərid Hüseyn