Həyata qarşı tərzim belədir – ənənəyə müxalifəm
Çağdaş
Amerika ədəbiyyatının nüfuzlu müəlliflərindən Lidia Devislə müsahibə yazarın
Osloda keçirilən "Norveç-Amerika ədəbiyyat festivalı”nda iştirakı zamanı baş
tutub. Yazarın nəşriyyat tərəfindən tövsiyə olunmuş tərcüməçisi Cohanna Niqren
Devisə əvvəlcə ümumxalq çıxışı, sonra isə bu müsahibədə köməklik göstərib.
İspan journalist Andrea Aquliar yazarla ayaqüstü söhbət edib. Yazıçının rəssam
həyat yoldaşı Alan Kot isə müxbiri Nyu-Yorka, öz evlərinə qonaq çağırıb.
Beləliklə, müxbir və tərcüməçi səkkiz ay sonra Lidia Devisə qonaq olmaq və
geniş müsahibə hazırlamaq üçün Nyu-Yorka yola düşüb. Dünya ədəbiyyatında
qüsursuz tərcümələri ilə tanınan, qısa hekayələri ilə geniş oxucu auditoriyası
toplamış, "MakArtur”, "Man Booker”, "Golden Book” kimi bir çox nüfuzlu
mükafatın sahibi olan yazarın müsahibəsini təqdim edirik:
Hər zaman, aramsız bir ehtirasla yaşadıqlarımı saf-çürük edirəm. Bu səhər yeməyinin necə olduğu kimi sadə sual deyil. Sanki içimdə bir hakim var. Bəzən isə düşünürəm ki, sadəcə beynimin içinə anam da var. Çünki o da, anası da belə idilər. Onlar hər addımımıza göz qoyub, hər addıma görə bizi ittiham edirdilər. Bəzən, gün ərzində görəcəyim işləri belə haqq-hesab edirəm: hansı daha vacibdir, hansı ön planda olmalıdır, niyə o iş daha önəmlidir Bu hekayədə də valideynliyimi də canlandırmışam.
Mənbə: "Paris Review”
Müəllif: Andrea Aquliar
–
Hekayələrinizin çoxunda valideynlik etikası dərsləri ilə bağlı məqamlar var.
"Qədim lüğət” ("The old dictionary”) adlı bir hekayəniz var. Əsərin əsas
monoloqunda belə bir cümlə var: "Oğlum mənə qədim lüğətdən daha əzizdir. Amma
oğlumla davranarkən, ona zərər vermək duyğusu ilə qayğı çəkmirəm”. Məsələn, elə
bu hekayənin ideyası haradan qaynaqlanır?
– Mənə
hədiyə edilən, gözümdən qoymadığım köhnə bir kitabım var. Davranışlarımı
müşahidə edəndə gördüm ki, o kitab mənə oğlumdan daha doğmadır– Onda
belə çıxır ki, təhkiyəçi siz özünüzsünüz. Belə hallar tez-tez təkrarlanır?
– Hekayədə
yazarın həyatına aid nüansların yer alması müəllifin təhkiyəçi olduğu demək
deyil. Hekayədə yazarın həyatından nüanslar müəllifin təhkiyəçi olduğuna işarə
deyil. Hekayənin xammalını həyatımızdan seçməyimiz, konkret bir tərzdə
işləməyimiz hekayənin kiminsə yaşadıqlarını əks etdirdiyi qənaətini
fortmalaşdırmamalıdır. Bəli, bəzən öz həyatımızdan, bəzən şahidi olduğumuz
hansısa bir hadisədən başlayır hekayə. Məsələn, həmin hekayəyə həmin sevdiyim
kitabı əlavə etmişəm. Əsərdə bütün valideynlərin qarşılaşdığı ikibaşlı,
ikiyollu suallarla qarşılaşdım. Cavabını tapdığım suallar, məntiqi suallar
doğurub. Kimə və nəyə daha yaxşı davranıram? Niyə onlara daha yaxşı davranmaq
gəlir içimdən? Ömür bitməyibsə, heç
kimin cavab tablosu tam tamamlanmayıb.Hər zaman, aramsız bir ehtirasla yaşadıqlarımı saf-çürük edirəm. Bu səhər yeməyinin necə olduğu kimi sadə sual deyil. Sanki içimdə bir hakim var. Bəzən isə düşünürəm ki, sadəcə beynimin içinə anam da var. Çünki o da, anası da belə idilər. Onlar hər addımımıza göz qoyub, hər addıma görə bizi ittiham edirdilər. Bəzən, gün ərzində görəcəyim işləri belə haqq-hesab edirəm: hansı daha vacibdir, hansı ön planda olmalıdır, niyə o iş daha önəmlidir Bu hekayədə də valideynliyimi də canlandırmışam.
– Siz
danışdınız, "Qlen Quld” ("Glenn Gould”) hekayəsini xatırladım. "Heç kimi
incitmədən özmərkəzli olmağın bir yolu varmı” sualına cavab axtaran oxucunu
düşündüm.
– Var.
Evlənməmək, yalnız yaşamaq, gecənin bir yarısı sizinlə eyni statusda olan bir
dostla içib, həyatdan, ədəbiyyatdan, kinodan danışmaq. Həyatınızda yeri görünən
o insanın izinə düşməmək.– "Yazmaq” ("Process”) adlı bir hekayəniz son
vaxtlar çox məşhurdur. Təhkiyəçi belə bir fikir səsləndirir həmin əsərdə:
"Həyat yazmağa davam edə bilməyəcəyim qədər ciddi məsələdir”. Siz də belə hiss
edirsinizmi heç? Nə zamansa yazmağın daşını atmaq ehtimalı var?
– Zaman-zaman
özüm də uzaqlaşıram yazıdan. Amma mənim üçün yazmağın daşını birdəfəlik atmaq
versiyası yoxdur, çünki yazmaq sevərək məşğul olduğum azsaylı işlərdəndir. Bu
sualla qarşılaşacağımı bildiyimdən hekayəni yazanda özümə sual verdim:
"Kimsəsiz bir adaya düşsəydim, heç kim, heç nə olmasaydı, sadəcə qələm-kağızım
olsaydı, yenə də yazardım?”. Bəli, yazardım. Bu hekayə də əksər hekayələr kimi
anlıq bir düşüncəmin məhsuludur.– Obrazlarınıza
ad vermirsiniz, səbəb nədir?
– Adlandırmada
həmişə nəsə sünilik, dayazlıq, qeyri-səmimilik hiss etmişəm. Bəzi hekayələrimdə
adlı obrazlar var. Məsələn, Floridada yaşayan bir qadın qəhrəman yaratmışdım,
xanım Orlando adlandırdım. Amma ad seçərkən də sıradan olmamasına diqqət
edirəm. İlk dövrlərdə yazdığım hekayələrdə adlardan daha çox istifadə etmişəm.
Balaca qəhrəmanıma Betsi, Ceyn adı verə bilərdim, amma unudulmaz bir Vimpl
yaratmağı seçdim. Səbəbi isə heç özüm də bilmirəm.– Yaradıcılığınıza
təsvirlər və dialoqlar da yaddır...
– Əslində
təsvirləri sevirəm. Oxumağı da, yazmağı da. Yazarın istedadı birinci
təxəyyülünün məhsulu olan süjetdə, ikinci təsvirlərdə büruzə verir. "Hekayənin
sonu” ("The end of the story”) romanımda cənubi Kaliforniyadan təsvirlər
canlandırmışam. Yazının gedişatında məni nə hərəkətə gətirir,
həyəcanlandırırsa, onu da qələmə alıram.– Bədii
nümunələrinizi "hekayə” kimi təqdim edirsiniz. Niyə "qısa hekayə” yox?
– Qısa
hekayə Heminqueyi, Katerin Mensfildi, Çexovu xatırladan ənənəvi janrdır. İçində
təsvirləri, dialoqları olan janr. Məndə bu tip hekayələr yazmışam, amma çox yox.
Bəzilərini isə tənqidçilər mənzum şeir adlandırır.– Yəni,
hekayə adı ilə oxuduqlarımız şeirdir?
– Təsirləri,
ötürdüyü duyğu dalğalarına görə belə deyirlər, hər halda. Halbuki mən düz və
sıradan yazmağa həmişə böyük əhəmiyyət verirəm. Amma, görünür, onları yazanda
mən də çox dərin duyğuların təsiri altında oluram, ona görə də yazının ritmi,
ahəngi daha qabarıq görünür. Yazılarım səhifədə şeir kimi görünmürlər, amma
səsli oxusanız, şeir kimi oxunacaqlar. Bu da deyəsən, mənim hər zaman şeiri
bütün ədəbi janrlardan daha üstün tutmağımın nəticəsidir. Düzdür, insanı heyran
qoyan romanlar, hekayələr az deyil. Amma mənim nəzərimdə şeir hamısından daha
valehedicidir.– Hekayələrinizin
janrına əvvəldən qərar verirsiniz?
– Nə
olursa olsun, əvvəldən plan qurmaqdan həmişə çəkinmişəm. İstisnasız olaraq, hər
birinə hansısa bir duyğu, hadisə, düşüncədən yola çıxaraq, başlayır, hekayənin sonuna doğru gedir və qəhrəmanlarla birgə kəşf
edirəm. – Yazmazdan
öncə kağızlara qeydlər edirsiniz?
– Bəli.
Hərəsinə bir şey qeyd edib, yığıram üst-üstə. Nəsə yazmağa başlayanda əvvəlcə
hamısını gözdən keçirir, diqqətimi çəkənləri, başlanğıc səhnəsinə uyğun
gələnləri ayırıb yazı masamın üzərinə qoyuram. Yazmaqdan yorulub, fasilə
verəndə qeydlərimi bir-bir kompüterə köçürürəm. Qeyd aparmağa meylliyəm, çünki
düşüncələrim fraqmentardır – andan asılıdır. Qeyd eləməyəndə unuduram.– Qısa yazmağınızın səbəbləri üzərində
düşündüm. Çünki sizin qələminizdə roman olduqca uğurlu alınır. Məncə, hekayəyə
üstünlük verməyinizin səbəbi ancaq bu qədər vaxtınız olması ilə bağlıdır.
Müəllimlik, tərcüməçilik, analıq və evdarlıqla paralel ədəbiyyatla məşğul olmaq
təbii ki, vaxt məhdudiyyəti yaradır.
– Bunu
konkret səbəb kimi təsdiqləyə bilmərəm. Çünki hekayə yazmağa başlayanda kifayət
qədər çox vaxtım vardı. Evim, ehtiyaclarımı ödəyəcək qədər gəlirim və vaxtım.
Yəni, roman yazmaq istəsəydim, vaxt problemi olsa da, yazardım. Prustu tərcümə
edərkən o qədər böyük zövqlə işləmişdim ki, bəlkə də, bunun təsirinə düşmüşdüm.– Ananız
hekayə, atanız tənqid məqalələr yazırdı. Bu məqamın sizi yazıya, ədəbiyyata
sövq etdiyini düşünürsünüz?
– Təkcə
anam-atam yox, ailəmizin bütün yaxın çevrəsi yazar, professor, tərcüməçi, ədəbi
tənqidçi idi. Bacım və qardaşım ədəbiyyatdan tamamilə uzaq sahələrə yön alsalar
da, nə yazmaq bizim böyüdüyümüz mühit üçün adi bir məşğuliyyət idi. Mənsə elə
özümçün yazmaqla başladım. Bu qətiyyən məcburiyyətdən qaynaqlanmadı.– Qreys
Peylin adını tez-tez çəkirsiniz? Sizin üçün əhəmiyyətli bir nümunə olub.
– Hekayələrini
birnəfəsə oxuyurdum. Uzun müddət yaradıcılığına kökləndiyim azsaylı çağdaş
yazarlardan olub. Onun yumor hissinə, satira ustalığına, söz qənaətcilliyinə,
həqiqiliyinə heyran idim. Amma əsla üslubunu, tərzini yamsılamaq ehtiyacı
duymamışam.– Bu
uzun illər ərzində yazı mərhələsində nələr dəyişdi?
– Bu
suala cavab vermək çətindi. Çünki hekayələrin tərzi, mövzusu çox fərqlidir.
Əvvəllər hər qarşıma çıxan şeyi xammal kimi istifadə edə bilmirdim, indi bu
məsələdə ustayam. Üstəlik insan gənc olanda, nədən və necə yazmaq istədiyindən
çox, mütləq mənada nəsə yazmaq istəyinin əsiri olur.– Sizi
ənənəvi hekayə üslubundan tamamilə uzaq durmağa nə sövq etdi?
– Həyata
qarşı tərzim belədir – ənənəyə, öyrəşilmişə müxalifəm.– Peşəkar
dərəcədə musiqi təhsiliniz var. Bunun yaradıcılığınıza bir təsiri olduğunu
düşünürsünüzmü?
– Əvvəllər
bunun heç fərqinə varmamışdım. Son illər hiss edirəm ki, bəli var. İncəsənətin
hansı sahəsi olursa olsun, bir duyğuya köklənməyi öyrədir. İki sahədən də
yararlana bilmək isə daha geniş imkanlar açır.Mənbə: "Paris Review”
Müəllif: Andrea Aquliar
İngilis
dilindən tərcümə edən: Elcan Salmanqızı