• cümə axşamı, 28 mart, 20:00
  • Baku Bakı 13°C

Həyat yoldaşını qətlə yetirən kişinin məhkəməsi başlayır

25.05.21 19:45 394
Həyat yoldaşını qətlə yetirən kişinin məhkəməsi başlayır
Saatlıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Qadir Şirinovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Trend-in məlumatına görə, təqsirləndirilən şəxsin cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi üzrə məhkəmə prosesinə hakim Əli Əliyev sədrlik edəcək.
Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Saatlı rayonunun Orta Muğan kəndində kənd sakini, 32 yaşlı Şirinov Qadir Əyyub oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızını bıçaqla qətlə yetirib.
Q.Şirinov polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər