• cümə, 29 Mart, 16:42
  • Baku Bakı 14°C

Həyat yoldaşı: "Rafiq Hüseynovun vəziyyəti ağır olaraq qalır"

08.09.17 13:20 607
Həyat yoldaşı: "Rafiq Hüseynovun vəziyyəti ağır olaraq qalır"
Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun vəziyyəti ağır olaraq qalır.
Bu barədəAPA-ya açıqlamasında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, Rafiq Hüseynovusentyabrın 6-da xəstəxananınreanimasiya şöbəsindən palataya köçürsələr də, səhhətində yaxşılığa doğru irəliləyiş müşahidə edilmir: "Hələ ki, qida qəbul etmir, kateter qoşulub. Həm də oksigen balonu qoşulub ki, nəfəs almağı çətin olmasın. Həkimlər deyir ki, gözləmək lazımdır, yaxşılığa doğru irəliləyiş olacaq. Əllərindən nə gəlirsə, edirlər, hələlikyaxşı heç nə yoxdur. Nitqi çox zəifdir. Xəstəxanadan evə buraxılmasından isə ümumiyyətlə, söhbət getmir”.
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub.
banner

Oxşar Xəbərlər