• cümə axşamı, 25 aprel, 10:15
  • Baku Bakı 14°C

Həyat yoldaşı daha yaxşı formadadır

06.05.20 12:08 638
Həyat yoldaşı daha yaxşı formadadır
"Barselona”nın baş məşqçisi Kike Seten karantin müddətini necə keçirdiyi ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Kike hərdən darıxdığını bildirib. O, həyat yoldaşı ilə xüsusi proqram əsasında məşq etdiyini deyib:
"Mən vəziyyətə tez uyğunlaşan insanam, reallıq ən vacibdir. 50 kvadrametrlik mənzillərdə 6-8 nəfərin yaşadığı milyonlarla insanın olduğunu xatırlayan zaman, vəziyyəti başqa cür qəbul edirsiniz.
Əlbəttə, dəniz havası, çəmənlik, qaçış üçün darıxdığım anlar olur. Amma vəziyyətə uyğunlaşıram. Həyat yoldaşımla məşq edirəm. Mən bir hərəkəti 18 dəfə edərkən, o, 20 dəfə edir. Roza əla formadadır”.
banner

Oxşar Xəbərlər