Həyat yoldaşı canlı yayımda ağladı
"Zenit”in həbs
olunan futbolçusu Aleksandr Kokorinin həyat yoldaşı Darya Valitova Andrey
Malaxovun "Canlı efir” proqramının qonağı olub.
Kaspi.az xəbər
verir ki, Darya Kokorinin hərəkətinə görə ictimaiyyətdən üzr istəyib. O, canlı
yayımda göz yaşlarını saxlaya bilməyib:
"Kokorinin hərəkətinə
görə hər kəsdən üzr istəyirəm. Onun sağlamlığına görə narahatam. Dizində ciddi
problem var. Müalicə almasa, əlil ola bilər. Əgər iki ay da həbsxanada qalsa,
dizi tam dəyişməlidir”.
Qeyd edək ki,
Aleksandr Kokorinlə "Krasnodar”ın futbolçusu Pavel Mamayev xuliqanlıq etdikləri
üçün ötən ilin oktyabrında həbs olunublar.